Flag

An official website of the United States government

Əfqanıstanda Qadın və Qızlarla Baglı Vəziyyətə Dair Bəyanat
təfərindən
3 Qısa icmal
Avqust 19, 2021

Biz Əfqanıstanda qadın və qızların hüquqları, onların təhsil və məşğulluq, habelə hərəkət etmə hüquqlarına dair yaranmış vəziyyətdə dair dərin narahatçılıq hissi keçiririk. Biz Əfqanıstanda hakimiyyətdə olanları və vəzifə sahiblərini qadın və qızların hüquqlarının müdafiəsini təmin etməyə çağırırıq.

Bütüb Əfqan xalqi olduğu kimi, Əfqanıstanda yaşayan qadın və qızlar təhlükəsiz və ləyaqətli şəraitdə yaşamağa laiqdirlər. Ayrı-seçkiliyin və zorakılığın istənilən formasının qarşısı alınmalıdır. Beynəlxalq icmanı təmsil edərək biz qadın və qızlara humanitar yardım və dəstək göstərməyə hazır, onların səslərinin eşıdılməsini təmin etməyə hazırıq.

Son iyirmi ildə Əfqanıstanda yaşayan qadın və qızların həyatlarının ayrılmaz hissəsinə çevrilmiş hüquq və azadlıqların gələcək hökumət təfərində təmin olunmasını yaxından nəzarət altında saxlayacayıq.

Bu bəyanat Albaniya, Arqentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Ekvador, El Salvador, Avropa Birliyi, Honduras, Qvatemala, Şimali Makedoniya, Yeni Zelandiya, Norvec, Paraqvay, Seneqal, İsveçrə, Birləşmiş Krallıq, və Amerika Birləşmiş Ştatları tərəfindən imzalanmışdır.