29.08.2021 10:22 EDT
Mətbuat Katibliyi
Aşağıdakı ifadənin mətni Əfqanıstanın təxliyə səyahət zəmanətləri ilə əlaqədar ilkin olaraq Amerika Birləşmiş Ştatları, Albaniya, Avstraliya, Belçika, Beliz, Bolqarıstan, Burkina-Faso, Kabo-Verde, Kanada, Mərkəzi Afrika Respublikası, Kolumbiya, Kosta-Rika, Kot-d’İvuar, Xorvatiya, Konqo Demokratik Respublikası, Danimarka, Cibuti, Dominikan Respublikası, Salvador, Estoniya, Esvatini, Mikroneziya Federativ Ştatları, Fiji, Finlandiya, Fransa, Qabon, Gürcüstan, Almaniya, Qana, Yunanıstan, Qvineya, Qayana, Haiti, Honduras, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Qazaxıstan, Keniya, Kiribati, Qırğızıstan, Latviya, Livan, Liberiya, Liviya, Litva, Lüksemburq, Madaqaskar, Maldiv adaları, Malta, Marşal adaları, Moldova, Monteneqro, Mərakeş, Nauru , Niderland, Yeni Zelandiya, Niger, Şimali Makedoniya, Norveç, Palau, Papua-Yeni Qvineya, Polşa, Portuqaliya, Kipr Respublikası, Koreya Respublikası, Kosovo Respublikası, Rumıniya, Ruanda, Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi, Seneqal, Serbiya, Syerra-Leone, Slovakia, Sloveniya, Somali, İspaniya, Sent-Kitts və Nevis, Sudan, Surinam, İsveç, İsveçrə, Baham adaları, Qambiya, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi, Toqo, Trinidad və Tobaqo, Türkiyə, Uqanda, Ukrayna, Komor adaları, Birləşmiş Krallıq, Vanuatu, Yəmən və Zambiya hökumətləri tərəfindən yayımlandı.
Mətn:
Biz hamımız vətəndaşlarımız, soydaşlarımızın və sakinlərimizin, işçilərimizin, bizimlə işləyən əfqanların və risk altında olanların Əfqanıstan xaricindəki istiqamətlərə sərbəst səyahətlərini davam etdirmələrini təmin etməyə sadiqik. Biz Talibandan zəmanət almşıq ki, bütün xarici vətəndaşlar və ölkələrimizdən səyahət icazəsi olan hər bir Əfqanıstan vətəndaşının təhlükəsiz və nizamlı bir şəkildə yola düşmə məntəqələrinə və ölkə xaricinə səyahət etmələrinə icazə veriləcəkdir. Müəyyən olunmuş əfqanlara səyahət sənədləri verməyə davam edəcəyik və bizim Talibandan həmin şəxslərin müvafiq ölkələrimizə səyahət edə biləcəklərinə dair açıq gözləntimiz və Talibanın bu barədə öhdəliyi var. Biz Talibanın bu anlayışı təsdiqləyən ictimai bəyanatlarını qeyd edirik.