2018-Cİ İLDƏ AZƏRBAYCANDA İNSAN HÜQUQLARINA DAİR HESABAT

QISA İCMAL

Azərbaycan Konstitusiyası prezidenti respublika idarəetmə formasını nəzərdə tutur. Qanunvericilik hakimiyyəti Milli Məclisin üzərinə düşür. Prezidentlik məhkəmə və qanunvericilik hakimiyyətlərini üstələməklə, hakim mövqeyə malik hakimiyyət qoludur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçki müşahidə missiyası 11 aprel prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilər üçün ilkin tələb hesab edilən əsas hüquq və azadlıqları məhdudlaşdıran çərçivədə baş tutduğu qənaətinə gəlib. ATƏT-in seçki müşahidə şurasının olmaması səbəbindən 2015-ci ildə keçirilmiş Milli Məclis seçkilərini tam qiymətləndirmək mümkün olmasa da, müstəqil müşahidəçilər bütün ölkə boyu çoxsaylı pozuntuların olduğunu iddia ediblər.

 

Mülki hakimiyyət orqanları təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarəti saxlayıb.

 

Separatçılar, Ermənistanın dəstəyi ilə, Dağlıq Qarabağ və ətrafında olan Azərbaycana məxsus yeddi rayonun böyük hissəsini öz nəzarətləri altında saxlamağa davam ediblər. Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən beynəlxalq vasitəçiliyin predmeti olaraq qalıb. Təmas xətti boyunca atəşkəsin pozulması, Azərbaycan və Ermənistan liderlərinin Düşənbə şəhərindəki görüşündən sonra oktyabr ayından başlayaraq azalmağa başlasa da, davam edib.

 

İnsan hüquqları ilə bağlı problemlərə qanunsuz və ya özbaşına qətllər; işgəncə; cəzaçəkmə müəssisələrindəki sərt və bəzən həyat üçün təhlükəli şərait; siyasi məhbuslar; diffamasiyanın kriminallaşdırılması; jurnalistlərə fiziki hücumlar; şəxsi həyata özbaşına müdaxilə; hədə-qorxu yolu ilə söz, toplaşma və birləşmə azadlıqlarına müdaxilə; şübhəli ittihamlarla azadlıqdan məhrum etmə; seçilmiş fəallara, jurnalistlərə, dünyəvi və dini müxalifət nümayəndələrinə qarşı sərt fiziki zorakılıq; internet saytların bloklanması; çoxlu sayda jurnalist və fəalın hərəkət azadlığının məhdudlaşdırılması; qaçqın və ya sığınacaq almış şəxslərin məcburi şəkildə ölkəyə qaytarılması; siyasi iştirakla bağlı sərt məhdudiyyətlər; bütövlükdə hökuməti əhatə edən korrupsiya; lezbiyan, gey, biseksual, transgender və interseks (LGBTI) şəxslərin polis tərəfindən həbs olunması və işgəncələrə məruz qalması və uşaq əməyinin ən pis formaları daxil olub ki, hökumət bu problemlərin aradan qaldırılması üçün minimal səviyyədə səy göstərib.

 

Hökumət insan hüquqlarını pozan əksər məmurları məsuliyyətə cəlb etməyib və ya cəzalandırmayıb; cəzasızlıq problem olaraq qalıb.

 

Bölmə 1. Şəxsiyyətin toxunulmazlığına hörmət, o cümlədən aşağıdakılardan azad olma hüququ:

 

  1. Əsassız həyatdan məhrum etmə və digər qanunsuz və ya siyasi motivli qətllər

 

Hökumətin və ya onun nümayəndələrinin əsassız və ya qanunsuz qətllər törətməsi barədə bir neçə məlumat qeydə alınıb.

 

İyul və avqust aylarında, hökumət həbs edildikləri zaman polisə müqavimət göstərdikləri iddia olunan 5 nəfərin təhlükəsizlik xidmətləri tərəfindən öldürüldüyünü elan edib. Hakimiyyət orqanları həmin şəxslərin Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də həyata keçirilmiş sui-qəsd cəhdində və daha sonra iyulun 10-da iki polis əməkdaşının öldürülməsində iştirak etdiklərini iddia edib. İnsan hüquqları müdafiəçiləri bu beş nəfərin həbs zamanı müqavimət göstərmədiklərini və dövlət təhlükəsizlik xidmətlərinin qətlləri əvvəlcədən planlaşdırdığını iddia edib.

 

Sentyabrın 26-da Teymur Axundov dindirilmək üçün çağırıldıqdan sonra Qazax Rayon Polis bölməsində vəfat edib. Axundovun ailəsi onun ölümünə səbəbin polis tərəfindən fiziki zorakılığın göstərilməsi olduğunu iddia edib.

 

Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin qulluqçusu Hüseyn Qurbanov müəmmalı şəraitdə vəfat edib. Hakimiyyət orqanları onun intihar etdiyini bildirsə də, ailə üzvləri onun nizamnamədən kənar davranış (dedovşina) zamanı öz bölüyünün üzvləri tərəfindən öldürüldüyünü açıq şəkildə iddia ediblər.

 

Separatçılar, Ermənistanın dəstəyi ilə, Dağlıq Qarabağ və ətrafında olan Azərbaycana məxsus yeddi rayonun böyük hissəsini öz nəzarətləri altında saxlamağa davam ediblər. Dağlıq Qarabağın yekun statusu məsələsi Fransa, Rusiya və Birləşmiş Ştatların həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən beynəlxalq vasitəçiliyin predmeti olaraq qalıb. Təmas xətti boyunca atəşkəsin pozulması, Azərbaycan və Ermənistan liderlərinin Düşənbə şəhərindəki görüşündən sonra oktyabr ayından başlayaraq azalmağa başlasa da, davam edib. Davamlı atışmalar və artilleriya atəşi nəticəsində hərbçilər və mülki şəxslər arasında ölən və yaralananlar olub. 2016-cı ilin aprel döyüşlərindən sonra münaqişə tərəfləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) şikayət ünvanlayaraq bir-birini həmin vaxtda vəhşiliklər törətməkdə ittiham ediblər. Bu şikayətlər İHAM-da hələ də həllini gözləməkdədir.

 

20 noyabr tarixinə, yerli insan haqları təşkilatları təhlükəsizlik qüvvələri sıralarında qeyri-döyüş şəraitində ən az 31 ölüm halı, o cümlədən intihar və əsgərlərin xidmət yoldaşları tərəfindən qətlə yetirilməsi halları barədə məlumat verib.

 

  1. İtkin düşmə

 

Hökumət orqanları tərəfindən və ya onların adından hər hansı itkin düşmə barədə məlumat verilməyib.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi səbəbindən 3868 vətəndaşın itkin düşmüş kimi qeydiyyata alındığını bildirib. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin işlərini araşdırıb və itkin düşmüş şəxslərin ümumi siyahısını hazırlamaq üçün hökumətlə birlikdə işləyib. BQXK-nin verdiyi məlumata əsasən, münaqişə səbəbindən 4496 nəfərin taleyi naməlum olaraq qalır.

 

  1. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza

 

Konstitusiya və cinayət məcəlləsi ilə bu cür əməllərin qadağan olunmasına və bununla bağlı 10 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmasına baxmayaraq, işgəncə və digər zorakılıq hallarının baş verməsi barədə etibarlı məlumatların verilməsi davam edib. Zorakı davranış hallarının əksəriyyəti saxlanılan şəxslərin polisin nəzarəti altında saxlanıldığı vaxtda baş verib ki, bu zaman hakimiyyət orqanlarının cinayəti etiraf etməyə məcbur etmək üçün zorakı metodlardan istifadə etdikləri bildirilib.

 

İyulun 18-də Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi (İQK) 2004-17-ci illər arasında ölkəyə etdiyi altı səfər barəsində hesabatları dərc edib. Hesabatlarda İQK ölkədəki vəziyyət barədə ümumi təəssüratının polis və digər hüquq-mühafizə orqanları tərəfindən işgəncə və fiziki zorakı davranışın digər formalarının, bütövlükdə hüquq-mühafizə sistemində korrupsiyanın və cəzasızlığın sistemli və kütləvi olaraq qaldığı yönündə olduğunu bildirib. İQK-nın 2017-ci il nümayəndə heyəti dəyənəklə ayaqlara zərbələrin endirilməsi və elektrik cərəyanı vermə kimi işgəncə hesab oluna biləcək sərt fiziki zorakılıq halları ilə bağlı çoxsaylı etibarlı məlumatlar aldıqlarını bildirib. İddia olunan zorakılıqların məqsədi saxlanılan şəxsləri etiraf imzalamağa, digər məlumatları verməyə və ya əlavə ittihamları qəbul etməyə məcbur etməkdir. Əvvəlki səfərlərdən fərqli olaraq, nümayəndə heyəti Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Silahlı Qüvvələr tərəfindən “çox pis rəftar/işgəncə” adlandırdıqları hallar barədə məlumatlar aldıqlarını bildiriblər.

 

2017-ci ilin yanvar ayında hakimiyyət orqanları polisə müqavimət göstərdiyini iddia edərək tanınmış blogger və “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun” (RATİ) sədri Mehman Hüseynovu Bakı şəhərinin Nizami rayonunda həbs edib. Ertəsi gün keçirilən mətbuat konfransında o, polis nəzarətində olduğu müddətdə polisin ona işgəncə verdiyini bildirib. Nizami rayon Polis İdarəsinin rəisi Mehman Hüseynova qarşı kriminal diffamasiyaya görə ittiham irəli sürüb; 2017-ci ilin mart ayında Bakı məhkəməsi onu təqsirli bilərək iki il müddətinə azadlıqdan məhrum edib. (bax, bölmə 1.c., Siyasi məhbuslar və saxlanılan şəxslər).

Həbsxanalarda da işgəncələrin olması barədə məlumatlar var. Misal üçün, mətbuat Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədr müavini Abbas Hüseynovun ailə üzvlərinin onun aprel ayında Qobustan Həbsxanasında möhkəm döyüldüyünü və təcridetmə kamerasında zəncirlənmiş vəziyyətdə saxlanıldığını iddia etməsi ilə bağlı məlumat verib. Sonra o, həbsxananın həyətində dəmir dirəyə zəncirlənərək pis havada səhərdən axşama qədər saxlanılıb. Bunun ardınca 2017-ci ilin avqust ayında mətbuat və insan hüquqları müdafiəçiləri Hüseynovun eyni həbsxanada işgəncələrə məruz qalması barədə məlumatlar veriblər. Hakimiyyət orqanları bu iddiaları araşdırmayıb.

 

Verilən məlumatlara görə, hakimiyyət orqanları zorakı rəftarla üzləşdiyini iddia edən saxlanılan şəxslərlə bağlı müstəqil məhkəmə-tibbi ekspertizasının aparılmasına gizli qadağa qoyub və həmin şəxslərin vəkilə çıxış imkanları yubadılıb ki, müxalifət üzvləri və digər fəalların bildirdiyi kimi, bu yolla polis əməkdaşlarının saxlanılan şəxslərə qarşı zorakı davranaraq cəzasız qalmaları asanlaşıb. Verilən məlumatlara görə, hakimiyyət orqanları Gəncə şəhəri icra hakimiyyətinin başçısına qarşı sui-qəsd ittihamı ilə həbs edildikdən dərhal sonra bədənində ağır zorakılıq əlamətləri olan fotolarının sosial mediada yayılmasından sonra Yusif Səfərovun məhkəmə-tibbi ekspertizasını 21 gün müddətində gecikdirib.

 

Martın 31-də Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin (NMİ) əməkdaşları gənc fəal Fatimə Mövlamlını saxlayıblar. Həmin vaxt onun 17 yaşı olub və hüquqi cəhətdən yetkinlik yaşına çatmamış olub. Onu beş gün müddətində xarici aləmlə əlaqədən məhrum edərək NMİ-nin Bakıdakı binasında saxlayıblar, ki bu müddət ərzində onun başına və çiyinlərinə əllə zərbələr endirib və fahişəliklə məşğul olduğunu təsdiq edən sənədi imzalamayacağı təqdirdə onu zorlayacaqları ilə hədələyiblər.

 

Yerli müşahidəçilər yenə də il ərzində hərbi hissələrdə nizamnamədən kənar davranış və zorakılıq halları haqqında məlumat verib. Misal üçün, avqustun 3-də sıravi Fəhmin Əbilovun zorakılığa məruz qaldıqdan sonra intihar etdiyi bildirilib. Onun ölümü ilə bağlı komandiri və iki sıravi əsgər həbs edilib. Müdafiə Nazirliyi bölük komandirlərinin məsuliyyətə cəlb edilməsi üçün zorakı davranış halları barədə məlumat verilməsi üçün qaynar telefon xətti yaradıb.

 

Həbsxana və müvəqqəti saxlama yerlərindəki şərait

 

Həbsxanalardakı vəziyyətin monitorinqi ilə məşğul olan nüfuzlu təşkilatlardan birinin verdiyi məlumata görə, çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və havalandırma sisteminin çatışmazlığı və zəif tibbi xidmət səbəbindən həbsxanalardakı şərait bəzən ağır və həyat üçün potensial təhlükəli olub. Saxlanılan şəxslər öz məhkəmələrini gözlədikləri yerli məhkəmələrin müvəqqəti saxlama yerləri olan basırıq zirzəmilərdəki qeyri-insani şəraitdən də şikayət ediblər. Onlar həmin yerlərdə havalandırmanın və müvafiq sanitar şəraitin olmadığını bildiriblər.

 

Fiziki şərait: Hakimiyyət orqanları istintaq təcridxanalarında kişiləri və qadınları bir yerdə, lakin ayrı-ayrı bölmələrdə saxlayib, hökm çıxarıldıqdan sonra isə qadınlar ayrıca həbsxanada yerləşdirilib. Yerli QHT-lərdən olan müşahidəçilər qadın məhbusların adətən kişi məhbuslara nisbətən daha yaxşı şəraitdə yaşadıqlarını, onların daha müntəzəm monitorinq olunduqlarını və təlim və digər fəaliyyətlərə daha çox çıxış imkanlarına sahib olduqlarını, bununla belə, qadın həbsxanalarının da kişilər üçün olan həbsxanalarla eyni problemlərin çoxundan əziyyət çəkdiyini bildiriblər. Ədliyyə Nazirliyi il ərzində üç yaşdan aşağı olan beş uşağın azadlıqdan məhrum edilmiş anaları ilə birlikdə böyüklər üçün olan həbsxanada yaşadığını bildirib. Məhkum olunmuş yeniyetmə cinayətkarlar 20 yaşına qədər yeniyetmələr üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanıla bilərlər.

 

Hökumət yeni müəssisələr inşa etməkdə davam etsə də, hələ də istifadə edilməkdə olan sovet dövründən qalmış bəzi müəssisələr beynəlxalq tələblərə cavab vermir. Qobustan həbsxanası, 3 saylı həbsxana, 14 saylı həbsxana və penetensiar xidmətin vərəm əleyhinə müalicə mərkəzinin ən pis şəraitə malik olduğu bildirilir.

 

İnsan hüquqları müdafiəçiləri gözətçilərin bəzən məhbusları döyməklə və onları təcridetmə kameralarında saxlamaqla cəzalandırdıqlarını bildiriblər. Yerli və beynəlxalq müşahidəçilər ciddi rejimli Qobustan həbsxanasında vəziyyətin xüsusilə acınacaqlı olduğunu bildiriblər.

 

Məhbuslar bəzi hallarda fiziki hərəkətlər etmək imkanları olmadan uzun müddətə qapalı yerdə saxlanıldıqlarını iddia ediblər. Onlar həmçinin darısqal, basırıq şəraitdən, müvafiq havalandırmanın olmaması, pis sanitar şərait, yeyilməsi mümkün olmayan qida və tibbi xidmətlərdən yararlanmaq üçün kifayət qədər imkan olmaması hallarından şikayət ediblər. Sonuncuya misal olaraq, Bakı həbsxanasının rəhbərliyinin müxalif Xalq Cəbhəsi Partiyasının baş müşaviri Məhəmməd İbrahimə vaxtında göz əməliyyatının edilməsindən imtina etməsini və nəticədə onun görməsində daimi problemin yarandığını göstərmək olar. Sentyabrın 29-da azad olunmasına cəmi bir gün qalmış, o, həbsxana rəsmiləri tərəfindən qanunsuz bıçaq gəzdirməkdə ittiham olunub ki, bu əmələ görə altı aya qədər əlavə azadlıqdan məhrum etmə mümkündür. Xalq Cəbhəsi Partiyasının digər bir üzvü Elnur Fərəcov həbsxanadan buraxıldıqdan qısa müddət sonra avqustun 10-da xərçəng xəstəliyindən vəfat edib. Ailə üzvləri həbsdə olduğu müddətdə onun xəstəliyə qarşı müvafiq şəkildə müalicə edilmədiyini deyiblər.

 

Keçmiş məhbuslar və həbs edilmiş fəalların ailə üzvləri məhbusların onları görməyə gəlmiş ailə üzvləri ilə görüşmək, televizora baxmaq, tualet və hamam otaqlarından istifadə etmək və ya saxlanılma müəssisəsindən kənardan qida almaq üçün tez-tez rüşvət verməli olduqlarını bildiriblər. Qanunla saxlanılan şəxslərin rəsmi şəkildə təmin edilən qidadan əlavə gündəlik qida bağlamaları almasına icazə verilsə də, hakimiyyət orqanlarının bəzi hallarda məhbusların və saxlanılan şəxslərin ailə tərəfindən təmin edilən qida bağlamalarını əldə etmək imkanlarını məhdudlaşdırdığı bildirilir. Bəzi həbsxana və müvəqqəti saxlama müəssisələrində içməli sudan istifadə imkanı təmin edilməyib.

 

İdarəçilik: Əksər məhbuslar senzura olmadan məhkəmə orqanlarına və Ombudsman Aparatına şikayət ünvanlaya bildiklərini bildirsələr də, həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyub, vəkillərlə müştərilər arasındakı görüşləri izləyib və bəzi vəkillərin müvəqqəti saxlama müəssisələrinə sənədləri gətirib aparmalarını məhdudlaşdırıb. Ombudsman Aparatı şikayətlərin araşdırılması üçün müntəzəm səfərlər etdiyini və araşdırmalar apardığını bildirsə də, fəallar aparatın məhbusların şikayətlərinə baxılmasında kifayət qədər fəal olmadığını, misal olaraq, Müsəlman Birliyi Hərəkatının sədr müavini Abbas Hüseynov və N!DA hərəkatı fəalı İlkin Rüstəmzadə kimi məhbusların işgəncə və zorakılıq halları ilə bağlı iddialarını araşdırmadığını bildiriblər.

 

Hakimiyyət orqanları bəzi hallarda vəkillərin və ailə üzvlərinin, xüsusilə siyasi səbəblərdən həbs olunduqları hesab olunan məhbuslarla görüşlərini məhdudlaşdırıb.

 

Müstəqil monitorinq: Hökumət beynəlxalq və yerli təşkilatların, o cümlədən BQXK-nin bəzi həbsxanalara səfərlər etməsinə icazə verib. Hakimiyyət orqanları əsasən BQXK-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılmış hərbçi və mülki şəxslərlə, habelə Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətlərinin nəzarətində olan müəssisələrdə saxlanılan şəxslərlə görüşməsinə icazə verib.

 

BQXK məhbusların beynəlxalq humanitar hüquqa əsasən müdafiəsini təmin etmək məqsədilə il boyu müntəzəm səfərlər edib və onların öz ailələri ilə əlaqə yaratmaları və saxlamalarına yardım etmək məqsədilə məktubların çatdırılmasına müntəzəm şəkildə köməklik göstərib.

 

İctimai Komitə kimi tanınan, hökumət nümayəndələri və insan hüquqları müdafiəçilərinin birgə təmsil olunduqları həbsxanaların monitorinqi qrupuna Penitensiar Xidmətə əvvəlcədən məlumat vermədən həbsxanalara baş çəkməyə icazə verilib. Bununla belə, bəzi hallarda əvvəlcədən məlumat verdiklərini bildirən digər qruplar müəssisələrə daxil olmaqda çətinliklə üzləşiblər.

 

Yaxşılığa doğru dəyişikliklər: İyulun 18-də İQK prezident fərmanının yaxşılığa doğru bəzi dəyişikliklərə, əsasən həbsxanalarda həddən artıq adamların saxlanılması hallarının azalmasına gətirib çıxardığını bildirib. Bununla belə, İQK 2017-ci ildə baş çəkilmiş istintaq təcridxanalarında, xüsusilə Şüvəlan və Gəncədəki müəssisələrdə hər məhbusa düşən yaşayış sahəsi ilə bağlı minimal milli və beynəlxalq standarta hələ nail olunmadığını qeyd edib.

 

  1. Əsassız həbs və ya saxlama

 

Qanunla əsassız həbs və saxlama qadağan olunsa da və şəxslərə özlərinin həbsinin və ya saxlanmasının qanuniliyini məhkəmədə mübahisələndirmək hüququ verilsə də, hökumət ümumi təcrübədə bu tələblərə əməl etmir.

 

Polis və təhlükəsizlik aparatının rolu

 

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ölkə daxilində təhlükəsizliyə görə cavabdehdir və birbaşa prezidentə tabedir. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə nəzarət edir və daxili mülki müdafiə qoşunlarını öz tabeçiliyində saxlayır. Dövlət Təhlükəsizlik Xidməti daxili məsələlərə görə cavabdehdir, Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti isə xarici kəşfiyyat və əks-kəşfiyyat məsələlərinə yönəlib. QHT-lər hər iki xidmətin öz fundamental azadlıqlarından, o cümlədən ifadə azadlığından istifadə edən şəxsləri saxladığı barədə məlumatlar verib. Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti miqrasiya və sərhəd mühafizəsi məsələlərinə görə cavabdehdir. Fəallar Dövlət Sərhəd Xidmətinin öz fundamental azadlıqlarından istifadə edən bəzi şəxslərin sərhəddə saxlanmasına köməklik göstərilməsində rol oynadığı barədə məlumatlar verib.

 

Mülki hakimiyyət orqanları Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti üzərində effektiv nəzarəti saxlayıb. Hökumət zorakılıq hallarının araşdırılması və cəzalandırılması üçün effektiv mexanizmlərə sahib deyil; geniş yayılmış korrupsiya nəzarətin məhdudlaşmasına səbəb olub və təhlükəsizlik qüvvələrini də əhatə edən cəzasızlıq geniş yayılıb.

 

Həbs prosedurları və saxlanılan şəxslərlə rəftar

 

Qanuna görə, saxlanılmış, həbs edilmiş və ya cinayətdə ittiham edilmiş şəxslər müvafiq hüquqi prosedurla təmin edilməli, o cümlədən öz hüquqları və həbs olunmalarının səbəbi barədə dərhal məlumatlandırılmalıdırlar. Siyasi motivlərin olduğu hesab olunan hallarda müvafiq hüquqi prosedurlara riayət olunmayıb və ittiham edilmiş şəxslər bir çox saxta cinayət ittihamları ilə məhkum olunublar.

 

Qanuna əsasən, saxlanılan şəxslər 48 saat ərzində hakim qarşısına çıxarılmalı və hakim saxlanılan şəxsin istintaq təcridxanasında yerləşdirilməsi, saxlanılan şəxsin ev dustaqlığında saxlanılması və ya saxlanılan şəxsin azad edilməsi barədə qərar çıxara bilər. Lakin təcrübədə hakimiyyət orqanları bəzi vaxtlarda şəxsləri qərar olmadan 48 saatdan çox, bir neçə gün müddətində saxlayıblar. 48 saatlıq ilkin həbs müddəti üzrlü səbəblərdən 96 saata qədər uzadıla bilər. İstintaq təcridxanasında və ya ev dustaqlığında saxlanılma müddətində Baş Prokurorluq istintaqı yekunlaşdırmalıdır. İstintaq təcridxanasında saxlanma üç aylıq müddətlə məhdudlaşır, lakin iddia olunan cinayətin xüsusiyyətindən və istintaqın ehtiyaclarından asılı olaraq bu müddət hakim tərəfindən 18 aya qədər uzadıla bilər. Saxlanılan şəxslərin onlara qarşı irəli sürülmüş ittihamlar barədə dərhal məlumatlandırılmamaları barədə məlumatlar var.

 

Formal zaminlik sistemi mövcud olsa da, məhkəmələr il ərzində ondan istifadə etməyib. Qanunla saxlanılan vaxtdan vəkillə təmin olunmaq hüququ nəzərdə tutulsa da, hakimiyyət orqanları tərəfindən həm siyasi motivli, həm də adi işlərdə vəkillərin müştəriləri ilə görüşünə tez-tez icazə verilmədiyi barədə məlumatlar verilib. Misal üçün, KİV vəkilin ilkin olaraq saxlanıldıqları vaxtdan sonra günlərcə Xalq Cəbhəsi Partiyasının üzvləri Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov ilə görüşə bilmədiyi barədə məlumat verib. Xüsusilə Bakı şəhərindən kənarda hüquqi yardıma çıxış imkanı pisdir. Qanunla hüquqi yardım almaq hüquqları olsa da, imkansız saxlanılan şəxslər əksər hallarda həmin yarımı əldə edə bilməyiblər.

 

İnsan hüquqları müdafiəçilərinin bildirdiklərinə görə, iyul ayında Gəncə şəhəri icra hakimiyyətinin başçısına qarşı sui-qəsd cəhdindən və daha sonra iki polis əməkdaşının öldürülməsindən sonra saxlanılan 60-dan çox şəxsin əksəriyyətinin hüquqi təmsilçiliklə təmin edilməsindən imtina olunub.

 

Polis bəzi hallarda siyasi cəhətdən həssas və digər şübhəli şəxsləri bir neçə saatdan bir neçə günə qədər dəyişən müddətlərdə xarici aləmlə əlaqədən məhrum olunmuş şəkildə saxlayıb. Mart ayında insan hüquqları müdafiəçilərinin verdiyi məlumata görə polis həmin vaxtda hüquqi cəhətdən yetkinlik yaşına çatmamış olan gənc fəal Fatimə Mövlamlını beş gün müddətində xarici aləmlə əlaqədən məhrum edərək Bakı Narkotiklərlə Mübarizə İdarəsində saxladıqdan sonra heç bir ittiham irəli sürmədən azad edib. Mayın 12-də Xalq Cəbhəsi Partiyası tərəfdarı olan Saleh Rüstəmli saxlanılaraq 15 gün müddətində xarici aləmlə əlaqədən məhrum olunmuş şəkildə saxlanılıb.

 

Məhbusların ailə üzvlərinin bildirdiyinə görə, hakimiyyət orqanları bir sıra hallarda, xüsusilə istintaq təcridxanasında saxlanılan şəxslərlə, görüşləri məhdudlaşdırıb və saxlanılan şəxslər barədə məlumat verməyib. Ailələr saxlanılmış qohumları haqqında bir neçə gün keçdikdən sonra məlumat ala biliblər. Verilən məlumatlara görə, hakimiyyət orqanları bəzi şəxslərin polisə təslim olmaları və ya polis zorakılığı haqqında məlumat verməmələri üçün ailə üzvlərindən təzyiq vasitəsi kimi istifadə edib.

 

Xalq Cəbhəsi Partiyası fəalları Babək Həsənov, Ruslan Nəsirli və Aqil Məhərrəmovun ailə üzvlərinin noyabr ayında bildirdiklərinə görə, qanuna zidd olaraq, hakimiyyət orqanları onların may ayında qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması iddiası ilə saxlanıldıqları vaxtdan qohumları ilə bütün əlaqələri qadağan edib. İnsan hüquqları müdafiəçiləri bu ittihamların və ailə üzvlərindən təcrid olunmanın onların siyasi fəaliyyətlərinə görə cəza olaraq tətbiq edildiyini bildirib.

 

Əsassız həbs: Hakimiyyət orqanları tez-tez polisə müqavimət, qanunsuz narkotik vasitə və ya silah saxlama, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya ictimai asayişi pozma kimi saxta ittihamlar əsasında həbslər həyata keçirib. Yerli təşkilatlar və “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq qruplar hökuməti öz fundamental hüquqlarından istifadə edən şəxslərin həbs edilməsinə görə tənqid edib və hakimiyyət orqanlarının tez-tez belə şəxslərə qarşı ittihamlar uydurduğunu qeyd edib.

 

Geniş rezonans doğurmuş misal kimi, iyunun 4-də xaricdə təhsilini tamamlayaraq ölkəyə qayıtdıqdan qısa müddət sonra Emin Aslanovun polis tərəfindən saxlanılmasını və Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir gün xarici aləmlə əlaqədən məhrum edilmiş şəkildə saxlanılmasını göstərmək olar. Ona polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs verilsə də, fəallar onun həbsinin və saxlanılmasının səbəbinin onun keçmişdəki insan hüquqları ilə bağlı fəaliyyəti olduğunu bildiriblər.

 

İstintaq müddətində həbs: Hakimiyyət orqanları insanları 18 aya qədər istintaq müddətində. Baş Prokurorluq, bir qayda olaraq, qanunla icazə verilən üç aylıq ibtidai istintaq müddətini hökumət istintaqı bitirənə qədər ardıcıl olaraq bir neçə dəfə uzadıb.

 

Saxlanılan şəxslərin öz saxlanılmalarının qanuniliyini məhkəmə qarşısında mübahisələndirmək imkanı: Qanuna əsasən, həbs edilmiş və ya saxlanılmış şəxslər, cinayətə görə və ya digər əsaslarla həbs olunmalarından asılı olmayaraq, saxlanılmalarının hüquqi əsasını, müddətini və ya əsassızlığını məhkəmədə mübahisələndirmək və qanunsuz olaraq saxlanıldığı aşkar edildiyi halda dərhal azad olunmaq və kompensasiya almaq hüququna malikdirlər. Məhkəmə orqanları bu cür hallarda müstəqil qərar qəbul etməyib və bəzi hallarda nəticənin əvvəlcədən müəyyən edilmiş olduğu görünüb.

 

Amnistiya: Mayın 24-də prezident 634 məhbus əfv etsə də, insan hüquqları müdafiəçiləri Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Fərəcov, yazıçı Saday Şəkərli və 10 dindar fəal istisna olmaqla, az sayda məhbusu siyahi məhbus hesab edib.

 

Hakimiyyət orqanlarının əfv olunmaları üçün şərt olaraq məhbuslardan keçmiş “səhvlərinin” bağışlanmalarını istəyərək məktub yazmağı tələb etmələri barədə məlumatlar var.

 

  1. Ədalətli açıq məhkəmə prosesinin təmin edilməməsi

 

Konstitusiya ilə məhkəmə hakimiyyətinin müstəqil olması nəzərdə tutulsa da, hakimlər icra hakimiyyətindən ayrı müstəqil fəaliyyət göstərməyib. Məhkəmə orqanlarının böyük hissəsi korrupsiyalaşmış və səmərəsiz olaraq qalıb. Hökmlərin əksəriyyəti hüquqi cəhətdən əsassız olub və əksər hallarda məhkəmə prosesi zamanı təqdim edilmiş sübutlarla əlaqəli olmayıb. Əksər hallarda nəticənin əvvəlcədən müəyyən edilmiş olduğu görünüb. Məhkəmələr əksər hallarda polis nəzarətində saxlanılan şəxslərin işgəncələrə və qeyri-insani rəftara məruz qalmaları ilə bağlı iddiaları araşdırmayıb.

 

Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına nəzarət edib. Şura, hakimliyə namizədlərin imtahanını həyata keçirən və uzunmüddətli tədris və seçki prosesinə nəzarət edən Hakimlərin Seçki Komitəsini (altı hakim, bir prokuror, bir vəkil, bir şura nümayəndəsi, bir Ədliyyə Nazirliyi nümayəndəsi və bir hüquqşünas alim) təyin edir.

 

Etibarlı məlumatlara əsasən, hakimlər və prokurorlar, xüsusilə beynəlxalq müşahidəçilər üçün maraqlı olan məhkəmə işləri zamanı, prezident administrasiyasından və Ədliyyə Nazirliyindən göstərişlər alıblar. Hakimlərin bir qayda olaraq rüşvət aldıqları barədə etibarlı məlumatlar var.

 

Məhkəmə prosedurları

 

Qanunla, dövlət, kommersiya və ya peşə sirləri və ya məxfi, şəxsi və ya ailə məsələləri ilə bağlı olan məhkəmə işləri istisna olmaqla, açıq məhkəmələrin keçirilməsi tələb olunur. Qanunla cinayət işlərində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur. Həmçinin müttəhimin ittihamlar barədə dərhal məlumatlandırılmaq; ədalətli, vaxtında və açıq məhkəmə ilə təmin olunmaq (lakin bəzi hallarda, misal üçün milli təhlükəsizliklə bağlı işlərdə məhkəmələr qapalı ola bilər); məhkəmədə iştirak etmək; öz seçdiyi vəkillə ünsiyyətdə olmaq (və ya ödəmək imkanı olmadığı təqdirdə dövlət hesabına vəkillə təmin olunmaq); müdafiəyə hazırlaşmaq üçün müvafiq vaxt və imkanlarla təmin olunmaq; ittiham irəli sürüldüyü andan bütün apelyasiya instansiyalarında pulsuz tərcümə ilə təmin olunmaq, məhkəmədə şahidlərlə üzləşmək və şahidlərin sübutlarını təqdim etmək və ifadə verməyə və ya günahı etiraf etməyə məcbur edilməmək hüququ nəzərdə tutulur. Həm müttəhimlər, həm də dövlət ittihamçıları apelyasiya şikayəti vermək hüququna malikdirlər. Hakimiyyət orqanları hamı tərəfindən siyasi motivli hesab olunan bir çox işlərdə bu müddəalara əməl etməyib.

 

Bəzi hallarda hakimlər hökmləri açıq şəkildə oxumayıb və ya öz qərarlarını izah etməyiblər ki, bununla da müttəhimləri qərarlarının arxasında duran səbəblər barədə xəbərsiz qoyublar. Hakimlər, həmçinin müttəhimlərin danışmaq hüququnu da məhdudlaşdırıblar. Misal üçün, İlqar Məmmədovun üçüncü apelyasiya məhkəməsində hakim cəzasının bitməsinə cəmi 18 ay qaldığı vaxtda ona iki il şərti cəza verilməklə avqustun 13-də azadlığa buraxılması ilə bağlı məhkəmənin qərarının məntiqi əsasını izah etməyib.

 

Hakimiyyət orqanları bəzən məhkəmə zalındakı oturacaqları mülki geyimli polis əməkdaşları ilə dolduraraq, bəzi hallarda isə müşahidəçilərin içəri daxil olmasına icazə verməyərək prosesin müstəqil şəkildə müşahidə edilməsini məhdudlaşdırıb. Misal üçün, Bakı Ağır Cinayətlər Məhkəməsi fəal Orxan Baxışlının məhkəmə iclaslarına yalnız məhdud girişə icazə verib. Ümumilikdə məhkəmə proseslərinin vaxtı və yeri ilə bağlı informasiya verilsə də, bəzi siyasi işlərdə məhkəmə iclasları son anda ləğv edilib və təyin edilmiş yeni vaxt haqqında məhdud məlumat verilib.

 

Konstitusiyaya əsasən dövlət ittihamçıları ilə müdafiə tərəfinin vəkilləri eyni statusa sahib olsalar da, hakimlər əksər hallarda vəsatətlərə, şifahi bəyanatlara və müdafiə tərəfinin təqdim etdiyi sübutlara baxarkən, müvafiq arqumentlərin mahiyyətini nəzərə almadan dövlət ittihamçılarının tərəfini tutublar. Hakimlər həmçinin mülki işlərdə müdafiə tərəfinin vəkillərini “əsaslı səbəbdən” işdən kənarlaşdırmaq hüququnu özlərində saxlayıblar. Cinayət işləri üzrə məhkəmə proseslərində maraqların toqquşması səbəbindən və ya müttəhim vəkilin dəyişdirilməsi ilə bağlı müraciət etdiyi təqdirdə hakimlər müdafiə tərəfinin vəkillərini işdən kənarlaşdıra bilərlər.

 

Qanunla cinayət işləri üzrə məhkəmə proseslərində təmsilçilik hakimiyyətə loyal olan Vəkillər Kollegiyasının üzvləri ilə məhdudlaşır. Hakimiyyət orqanları, o cümlədən kollegiyanın idarəedici orqanı olan rəyasət heyəti tərəfindən görülən müxtəlif tədbirlər səbəbindən siyasi cəhətdən həssas işləri üzərinə götürmək istəyən və buna qadir olan müdafiə tərəfi vəkillərinin sayı azalmaqda davam edib. Töhmət və ya kollegiyadan xaric olunma ilə nəticələnən intizam araşdırmalarının da daxil olduğu bu cür tədbirlər 2017-18-ci illər ərzində intensivləşib. Misal üçün, iyunun 11-də kollegiya 2017-ci ildə insan hüquqları müdafiəçisi vəkil Yalçın İmanovun kollegiyadan xaric edilməsinə qarşı səs vermiş vəkil İradə Cavadovanın qovulmasına səs verib. Kollegiya yanvarın 22-də insan hüquqları müdafiəçisi vəkil Fəxrəddin Mehdiyevin, aprelin 23-də Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətini bir il müddətinə, oktyabrın 30-da isə Aqil Layıcın fəaliyyətini altı ay müddətinə dayandırıb. İyulun 10-da kollegiya vəkil Fuad Ağayevə rəsmi töhmət verib.

 

Hakimiyyət orqanlarının vəkillərə qarşı istifadə etdiyi cəza vasitələrinə islah işləri və maliyyə cərimələri də daxil olub. Misal üçün, noyabrın 23-də Binəqədi rayon məhkəməsi məhkəmə zalında qapını çırpdığı iddiası ilə vəkil və insan hüquqları müdafiəçisi Aslan İsmayılovu xuliqanlığa görə cərimələyib və onu bir il müddətində islah işləri ilə cəzalandırıb. İyulun 31-də ayrıca məhkəmə işində İsmayılov Səbail rayon məhkəməsi tərəfindən böhtan cinayəti iddiası ilə cərimələnib və bir il yarım müddətində islah işləri ilə cəzalandırılıb. İsmayılov bu cəzaların səhiyyə sahəsindəki dövlət korrupsiyası ilə bağlı araşdırmalarına görə onu cəzalandırmaq məqsədi daşıdığını bildirib.

 

Bəzi fəallar siyasi cəhətdən həssas işləri üzərinə götürmək istəyən vəkillərin dörd-beş nəfər qalacağını ehtimal edirlər. Ölkədəki insan hüquqlarının müdafiəsi sahəsində çalışan vəkillərin əksəriyyəti Bakıda yerləşir ki, bu hal Bakıdan kənarda yaşayan şəxslərin vaxtında və keyfiyyətli hüquqi yardım almasını çətinləşdirir.

 

Hüquqi təmsilçiliklə bağlı qanuna dəyişikliklər fevralın 5-də qüvvəyə minib. Bundan əvvəl qanunla vəkillər kollegiyasının üzvü olmayan vəkillərə mülki və inzibati məhkəmə işlərində müştəriləri təmsil etməyə icazə verilirdi. Dəyişiklik edilmiş qanuna əsasən isə istənilən hüquqi prosesdə vətəndaşları yalnız vəkillər kollegiyasının üzvü olan vəkillər təmsil edə bilərlər. Hüquq ictimaiyyətinin nümayəndələri və QHT-lər qanuna dəyişiklikləri tənqid edərək, bunun vətəndaşların hüquqi təmsilçiliyə çıxışını məhdudlaşdırdığını və etibarlı kollegiya üzvü olan insan hüquqları sahəsində çalışan vəkillərin sayını məhdudlaşdırmaqla onların siyasi motivli işlərdə insanları təmsil etmələrinin qarşısını almaqda vəkillər kollegiyasının imkanlarını artırdığını bildirirlər.

 

İl ərzində kollegiya vəkilliyə namizədlər üçün imtahanlar keçirib və üzvlərinin sayını 900-dən 1500-ə qədər artırıb. İnsan hüquqları müdafiəçiləri yeni üzvlərin kollegiya tərəfindən cəzalandırılacaqlarından qorxaraq insan hüquqları ilə bağlı işlərdə işləməkdən çəkindiklərini bildiriblər. Bəzi fəallar və vəkilliyə namizədlər imtahan prosesinin qərəzli olduğunu və imtahan götürənlərin əvvəllər vətəndaş cəmiyyətində fəal olmuş namizədləri müxtəlif bəhanələrlə imtahandan kəsdiklərini bildiriblər.

 

Konstitusiya ilə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə qadağandır. Bəzi müttəhimlərin polis və digər orqanların onlardan ifadəni işgəncə və ya zor tətbiq etməklə aldığını iddia etmələrinə baxmayaraq, insan hüquqlarının monitorinqini aparanların bildirdiyinə görə, məhkəmələr zor tətbiq edilməsi ilə bağlı iddiaları araşdırmayıb və bu iddiaları təsdiqləmək üçün müstəqil məhkəmə-tibbi ekspertizası aparılmayıb.

 

Araşdırmalar əsasən şübhəli şəxslərə qarşı fiziki sübutların toplanmasından çox etirafların alınmasına yönəlib. Hakimlər əsasən minimal səviyyədə sübut tələb etdiklərindən və dövlət ittihamçıları ilə sıx əməkdaşlıq etdiklərindən, məhkəməyə çıxarılmış ağır cinayət işləri əksər hallarda ittiham hökmünün çıxarılması ilə nəticələnib.

 

İnsan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, müttəhimlərin konstitusiyaya əsasən tərcümə ilə təmin olunmaq hüquqlarının olmasına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi istisna olmaqla, məhkəmələr əksər hallarda tərcüməçiləri təmin etməyib. Məhkəmələr, xərclər dövlət büdcəsi hesabına ödənilməklə, iclaslar zamanı tərcüməçilərlə müqavilə bağlamaq səlahiyyətinə malikdir.

 

Məhkəmə proseslərinin stenoqramları aparılmayıb. Bakıdakı yeni məhkəmələrin bəziləri bəzi məhkəmə proseslərinin audioyazılarını aparsa da, ümumilikdə məhkəmələr məhkəmədəki ifadələrin, şifahi çıxışların və məhkəmə qərarlarının yazılmasını həyata keçirməyib. Əvəzində isə, hansı qeydlərin aparılmasına məhkəmə katibi qərar verib ki, bir qayda olaraq, bu qeydlər çox az olub.

 

Ölkədə mülki hakimlərin olduğu hərbi məhkəmə sistemi var. Hərbi Məhkəmə müharibə və ya hərbi xidmətlə bağlı bütün işlər üzərində birinci instansiya səlahiyyətinə sahibdir.

 

Siyasi məhbuslar və saxlanılan şəxslər

 

Siyasi məhbuslar və saxlanılan şəxslər digər məhbuslarla eyni hüquqlara malik olsalar da, onlara qarşı fərqli məhdudiyyətlər tətbiq olunub. “OC Media”-nın verdiyi məlumata görə, siyasi məhbuslar oxuma və ailələri ilə əlaqə ilə bağlı qadağalarla üzləşiblər. Hakimiyyət orqanları beynəlxalq humanitar təşkilatlara siyasi məhbuslar və saxlanılan şəxslərlə görüşmək imkanı verib.

 

Prezidentin 24 mart tarixli əfv fərmanından əlavə, aprelin 5-də Ali Məhkəmə 2017-ci ilin dekabr ayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məhkum edilmiş Əziz Orucovu şərti azadlığa buraxıb. Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu şərti azadlığa buraxıb. İlqar Məmmədovun ilkin saxlanılmasının qanunsuz olması və onun ədalətli məhkəmə prosesi ilə təmin edilmədiyi barədə İHAM tərəfindən 2014 və 2017-ci ildə çıxarılmış qərarlara baxmayaraq, o 2013-cü ildən bəri həbsdə olub. Oktyabrın 31-də İlqar Məmmədov tam bəraət tələbi ilə kassasiya şikayəti verib.

 

Qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, ilin sonunda siyasi məhbuslar və saxlanılan şəxslərin sayı 128-156 arasında dəyişib. İnsan hüquqları təşkilatlarının məlumatlarına görə, 23 noyabr tarixinə hökuməti tənqid edən onlarla şəxs siyasi motivli səbəblərlə həbsdə saxlanılıb. Aşağıdakı şəxslər hamı tərəfindən siyasi məhbus və ya saxlanılan şəxs hesab olunanlar arasındadırlar (bax həmçinin 1.c., 1.d., 1.f., 2.a., 3, və 4 bölmələr).

 

Yanvarin 12-də Balakən Rayon Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlını altı il müddətinə azadlıqdan məhrum edib. Verilən məlumata görə, hakimiyyət orqanları Muxtarlını mayın 30-da Gürcüstanda oğurlayıb və daha sonra Azərbaycanda onu qaçaqmalçılıq və onunla əlaqəli ittihamlarla həbs edib ki, bu halın hamı tərəfindən siyasi motivli olduğu hesab edilir. Aprelin 24-də Şəki Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Sentyabrın 18-də Ali Məhkəmə Muxtarlının hökmdən verdiyi apelyasiya şikayətini rədd edib.

 

Yanvarın 23-də Qazax Rayon Məhkəməsi müxalif Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlını valyutanı sərhəddən qaçaqmalçılıq yolu ilə keçirmək cəhdi ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edib. İnsan hüquqları müdafiəçiləri işin siyasi motivli olduğunu və hakimiyyət orqanlarının Bayramlını icazəli siyasi nümayişlərin təşkil edilməsindəki roluna görə cəzalandırdığını bildiriblər. Aprelin 20-də Gəncə Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

Mayın 5-də Şirvan Şəhər Məhkəməsi müxalif Müsavat partiyasının yerli təşkilatının rəhbəri Əlikram Xurşudovu xuliqanlıq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edib. Avqustun 31-də Şirvan Apelyasiya Məhkəməsi onun cəzasını dörd il yarım müddətinə qədər azaldıb. İnsan hüquqları müdafiəçiləri ittihamların siyasi motivli olduğunu bildiriblər.

 

Martın 1-də Ali Məhkəmə Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadənin, onun müavini Abbas Hüseynovun və digər 16 nəfərin apelyasiya şikayətlərini rədd edib. Martın 1-də məhkəmə həmçinin sekulyar müxalif Xalq Cəbhəsi partiyasının üç sədr müavinindən biri olan Fuad Qəhrəmanlının da apelyasiya şikayətini rədd edib. 2017-ci ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsi Bağırzadə və Hüseynovu 20 il müddətinə azadlıqdan məhrum edib. İşlə əlaqəli olan digər on altı nəfər terrorçuluq, qətl, dövlət çevrilişinə çağırış və dini nifrət salma kimi ittihamlarla 14 ildən 19 ilədək azadlıqdan məhrumetmə cəzaları alıblar. 2017-ci ilin yanvar ayında, bununla əlaqəli olan bir işdə Qəhrəmanlı 10 il müddətinə azadlıqdan məhrum edilib. İnsan hüquqları müdafiəçiləri ittihamların ölkədə siyasi müxalifətin yayılmasının qarşısını almaq məqsədilə hökumət tərəfindən saxtalaşdırıldığını və uydurulduğunu bildiriblər. 2017-ci ilin iyul ayında Bakı Apelyasiya Məhkəməsi hökmləri qüvvədə saxlayıb.

 

İyunun 25-də Ali Məhkəmə tanınmış blogger və RATİ-nin sədri Mehman Hüseynovun ikinci apelyasiya şikayətini rədd edib. 2017-ci ilin mart ayında Bakı məhkəməsi barəsində hökm çıxararaq onu deformasiya ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edib. Avqustun 24-də Bakı məhkəməsi Mehman Hüseynovun vaxtından əvvəl azad olunmaq üçün müraciətini rədd edib. Oktyabrın 17-də Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

Martın 6-da Ali Məhkəmə Fuad Əhmədlinin apelyasiya şikayətini rədd edib. 2017-ci ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsi Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Fuad Əhmədlini vəzifə səlahiyyətlərindən sui-istifadə və işlədiyi mobil operatorda şəxsi məlumatları qanunsuz yolla əldə etmə ittihamı ilə dörd il müddətinə azadlıqdan məhrum edib. 2017-ci ilin avqust ayında Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. İnsan hüquqları müdafiəçiləri onun etiraz aksiyalarında iştirak etdiyinə və sosial mediada hökuməti tənqid etdiyinə görə cəzalandırıldığını bildiriblər.

 

Fəallar tərəfindən siyasi saxlanılan şəxs hesab edilən digər şəxslərə Xalq Cəbhəsi Partiyasının üzvləri Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsrli, Babək Həsənov, partiyanın tərəfdarı olan Saleh Rüstəmov və mühacir olmuş Müsavat Partiyası fəalı Azad Həsənov aiddir.

 

Mülki məhkəmə prosedurları və hüquq müdafiə vasitələri

 

Vətəndaşlar insan hüquqlarının pozulmasına görə dəymiş zərərin kompensasiya edilməsi və ya hüquqların pozulmasının dayandırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bütün vətəndaşlar dövlətdaxili bütün hüquq müdafiə vasitələrinin tükənməsindən, o cümlədən Ali Məhkəməyə müraciət və məhkəmə qərarının çıxarılmasından sonra altı ay müddətində İHAM-a müraciət etmək hüququna malikdirlər. Vətəndaşlar yerli məhkəmə qərarlarından İHAM-a şikayət etmək hüququndan istifadə edərək hökumətin İnsan Hüquqları üzrə Avropa Konvensiyası üzrə öhdəliklərini pozması ilə bağlı iddialar qaldırıblar. Hökumətin İHAM-ın qərarlarını yerinə yetirməsi ilə bağlı vəziyyət qarışıq olub; fəallar hökumətin İHAM-ın qərarlarına cavab olaraq əsasən kompensasiya ödədiyini, lakin məhbusları azad etmədiyini bildiriblər.

 

Mülkiyyət hüququnun bərpası

 

QHT-lər hakimiyyət orqanlarının xüsusi mülkiyyətin dövlətin ehtiyacları üçün özgəninkiləşdirilməsini və mülkiyyət hüququndan məhrum etməni tənzimləyən qanunlara əməl etmədiyini bildirib. Ev sahibləri əksər hallarda onlardan alınan əmlaka görə bazar dəyərindən xeyli aşağı kompensasiya aldıqlarını və məhkəməyə müraciət etmək imkanlarının az olduğu bildiriblər. QHT-lər həmçinin bir çox vətəndaşların məhkəmə sisteminə etibar etmədiyini və bu səbəbdən kompensasiya ilə bağlı iddia qaldırmada həvəsli olmadıqlarını bildirib.

 

  1. Şəxsi həyat, ailə, ev və ya yazışmalara əsassız və ya qanunsuz müdaxilə

 

Qanunla şəxsi həyata əsassız müdaxilələr və yazışmaların və digər şəxsi əlaqə vasitələrinin izlənilməsi qadağan edilir. Ümumilikdə hökumət bu hüquqi qadağalara əməl etməyib.

 

Konstitusiyaya görə yaşayış yerlərində axtarışların aparılmasına yalnız məhkəmə orderi ilə və ya qanunla müəyyən edilmiş xüsusi hallarda icazə verildiyi halda, hakimiyyət orqanları çox vaxt məhkəmənin qərarı olmadan axtarışlar aparıblar. Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən, xüsusilə əcnəbilərin, internetdə fəal olan tanınmış gənclərin, bəzi siyasətçilərin və iş adamlarının və xarici ölkələrlə ünsiyyətdə olan şəxslərin telefon danışıqlarının və internet əlaqələrinin izləndiyi barədə geniş məlumatlar verilib. Poçt xidmətinin siyasi cəhətdən həssas mövzuların olub olmadığını bilmək üçün müəyyən məktublara baxdığı aşkarlanıb.

 

Polis cinayətkarlıqda şübhəli bilinən şəxslərin, müstəqil jurnalistlərin və siyasi müxalifət üzvləri və liderlərinin, eləcə də müəyyən QHT-lərin əməkdaşları və rəhbərlərinin ailə üzvlərinə hədə-qorxu gəlməkdə, onları təqib etməkdə və bəzən həbs etməkdə davam edib. Misal üçün, müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimovun qaynı 2012-ci ildən bəri hamı tərəfindən siyasi motivli hesab olunan ittihamlarla həbsxanadadır. Jurnalist və Xalq Cəbhəsi Partiyasının fəalı Natiq Adilovun qardaşı Murad Adilov 2014-cü ildə həbs olunaraq altı il müddətinə azadlıqdan məhrum edilib.

 

Mühacirlərə təzyiq vasitəsi kimi onların qohumlarının siyasi motivlərlə həbs edilməsi ilə bağlı bir neçə hal qeydə alınıb. Misal üçün, fevral ayında hakimiyyət orqanları mühacirətdə olan fəal Orduxan Temirxanın bacısı oğullarını həbs edərək barələrində inzibati həbs tətbiq edib; bir neçə digər qohumu barəsində 2017-ci ildə inzibati həbs tətbiq edilib.

 

Hakimiyyət orqanlarının ayrı-ayrı şəxsləri, ailə üzvlərinin ölkə daxilində və ya ölkədən kənarda həyata keçirdikləri siyasi və ya vətəndaş fəaliyyətinə qarşı cavab tədbiri olaraq, işdən qovduğu və ya qovdurduğu barədə məlumatlar da olub. Misal üçün il ərzində Xalq Cəbhəsi Partiyasının üzvlərinin dinc etiraz aksiyasında iştirak etdikdən sonra öz işlərindən qovulduqları barədə məlumatlar olub.

 

Bölmə 2. Vətəndaş azadlıqlarına hörmət, o cümlədən:

 

  1. Söz azadlığı, ö cümlədən mətbuat üçün

 

Mətbuat üçün də daxil olmaqla, söz azadlığı qanunla təmin edildiyi və mətbuat üzərində senzura xüsusi olaraq qadağan edildiyi halda, hökumət adətən bu hüquqları pozub. Hökumət söz azadlığını və mətbuatın müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər hədə-qorxu ilə üzləşib və bəzi hallarda döyülüb və həbs olunublar. İl ərzində hakimiyyət orqanları mətbuata, ölkədəki və mühacirətdə olan jurnalistlərə və onların qohumlarına qarşı təzyiq göstərməkdə davam edib.

 

Söz azadlığı: Konstitusiya ilə söz azadlığı təmin edilsə də, hökumət siyasi opponent və tənqidçi hesab etdiyi şəxsləri repressiyaya məruz qoymaqda davam edib. Bu cür şəxslərin həbs edilməsi fərqli fikirlərin cəzalandırılması məqsədilə hakimiyyət orqanları tərəfindən hüquqi sistemdən sui-istifadə edilməsi ilə bağlı narahatlıq yaradır. İnsan hüquqları müdafiəçiləri ilin sonuna doqquz jurnalist və bloggerin və bir şairin siyasi məhbus və ya saxlanılan şəxs olduğunu hesab edirlər ki, onlardan biri yanvarın 12-də Balakən Rayon Məhkəməsi tərəfindən altı il müddətinə azadlıqdan məhrum edilmiş Əfqan Muxtarlıdır. Aprelin 24-də Şəki Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb və sentyabrın 18-də Ali Məhkəmə onun apelyasiya şikayətini rədd edib. İddia olunduğu kimi, o 2017-ci ilin may ayında Tbilisi şəhərində oğurlanana qədər Gürcüstanda yaşayıb (bax Gürcüstan üçün Ölkədə İnsan Hüquqlarına dair Hesabat).

 

Bir sıra həbslərin söz azadlığından istifadə ilə bağlı olduğu hesab olunur. Misal üçün, hakimiyyət orqanları müxalif Xalq Cəbhəsi Partiyasının gənc fəali Orxan Baxışlını mayın 3-də Dünya Mətbuat Azadlığı günündə jurnalist Elmar Hüseynovun məzarı üstündə çıxış etdikdən dörd gün sonra həbs edib. Öz çıxışında Baxışlı Hüseynovun ölümündə prezident Əliyevi günahlandırıb. Sentyabrın 18-də o altı il müddətinə azadlıqdan məhrum edilib. Baxışlı martın sonunda 30 gün müddətinə inzibati qaydada həbs edilmişdi və özünün 3 may çıxışından bir neçə gün əvvəl azadlığa çıxmışdı.

 

Konstitusiyada “irqi, milli, dini və sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğat” kimi müəyyən edilmiş nifrət nitqi qadağan olunur.

 

Həbsdən əlavə, hökumət digər tədbirlər vasitəsilə də tənqidlərin qarşısını almağa çalışıb. Hakimiyyət orqanları tənqidi sosial media paylaşımlarına görə fəallara qarşı inzibati həbs tətbiq edib. Misal üçün, sosial mediadan istifadə edərək siyasi məhbusların azad edilməsinə çağırış etdikdən sonra mayın 22-də müxalif Xalq Cəbhəsi Partiyasının üzvü Rahib Səlimli barəsində inzibati həbs tətbiq olunub.

 

Mətbuat və media azadlığı: Dövlətə məxsus və hökumətyönümlü kütləvi informasiya vasitələri il ərzində yayım və çap mediasında hakim mövqedə qalmaqda davam edib. Məhdud sayda müstəqil onlayn kütləvi informasiya vasitəsi hökumətin siyasəti haqqında müxtəlif fikirlər ifadə etsə də, hakimiyyət orqanları bunu etdikləri üçün onları müxtəlif yollarla cəzalandırıb. 2018-ci il üzrə IREX Media Dayanıqlılıq İndeksində bildirilir ki, “aparıcı xəbər mediası hakim elitanın sərt nəzarəti altındadır və yalnız onun məqsədlərinə uyğun olan xəbərləri verir.” Ölkədə müxalifətə aid heç bir əhəmiyyətli çap nəşri qalmayıb.

 

Hakimiyyət orqanları media hüquqları üzrə aparıcı təşkilatlara qarşı təzyiq göstərməkdə davam edib.

 

Xarici kütləvi informasiya vasitələrinin, o cümlədən “Voice of America”, “Radio Free Europe/Radio Liberty (RFE/RL)” və “BBC”-nin FM radio tezliklərində yayımı qadağan edilmiş olaraq qalsa da, Rusiyanın “Sputnik” xidmətinə yerli radio şəbəkəsində xəbərləri yayımlamağa icazə verilib. Avqustun 1-də hakimiyyət orqanları hökumətyönümlü APA Xəbər Agentliyini bağlamaqla ölkədə informasiya mənbələrini daha da azaldıb.

 

İl ərzində hakimiyyət orqanları ölkə xaricindəki müstəqil kütləvi informasiya vasitələrinə və onlarla əlaqəli olan ölkədəki şəxslərə qarşı təzyiq göstərməkdə davam edib. Misal üçün, hakimiyyət orqanları Meydan TV-yə qarşı 2015-ci ildə başladılmış cinayət işini davam etdirib.

 

Zorakılıq və təqib: Yerli müşahidəçilər müstəqil kütləvi informasiya vasitələrinin jurnalistlərinin il ərzində fiziki və kiber hücumlara məruz qaldıqlarını bildiriblər. Hücumların əsas hədəfləri Azadlıq Radiosu, Azadlıq və digər qəzetlərin, Meydan TV və Okyektiv Televiziya kanallarının jurnalistləri olub.

 

Fəallar jurnalistlərə qarşı hücumlara görə cəzasızlığın problem olaraq qaldığını bildiriblər. Hakimiyyət orqanları jurnalistlərə edilən fiziki hücumların əksəriyyətini effektiv şəkildə araşdırmayıb və bu cür işlər əksər hallarda açılmamış qalıb. Hakimiyyət orqanlarının əvvəlki illərdə jurnalistlərə qarşı edilmiş fiziki hücumlara görə hər hansı polis əməkdaşını məsuliyyətə cəlb etməsi barədə məlumat yoxdur.

Jurnalistlər və insan hüquqları müdafiəçiləri ölümündən üç həftə əvvəl hədələyici mesajlar aldığını deyən jurnalist və RATİ-nin sədri Rasim Əliyevin 2015-ci ildə döyülərək öldürülməsinin; haqqında iranlı din xadimi Ayətullah Fazil Lənkərani tərəfindən fətva verilmiş jurnalist Rafiq Tağının 2011-ci ildə törədilmiş qətlinin və müstəqil redaktor və jurnalist Elmar Hüseynovun 2005-ci ildə törədilmiş qətlinin günahkarlarının tam məsuliyyətə cəlb edilməsini tələb etməkdə davam ediblər.

 

Jurnalistləri və kütləvi informasiya vasitələrini qorxutmaq üçün siyasi motivli hesab olunan məhkəmə işlərindən istifadə edilib. Misal üçün, Kanal 13-ün jurnalisti İsmayıl İslamoğlu jurnalist fəaliyyətinə görə oktyabrın 26-da polis tərəfindən saxlanıldığını və üç gün müddətində fiziki və psixoloji təzyiqə məruz qaldığını bəyan edib. İyul ayında Baş Prokurorluq Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyevə edilən hücum haqqında xəbər verdiklərinə görə Bastainfo.com Criminal.az internet saytlarına qarşı cinayət işləri açıb və onların baş redaktorlarını və jurnalistlərini dindirib.

 

Əksər yerli kütləvi informasiya vasitələri maliyyələşmə cəhətdən siyasi partiyalardan, nüfuzlu sponsorlardan və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan asılı olub. Bu növ maliyyə dəstəyi olmayanlar əmək haqlarının verilməsi, vergilər və məhkəmələr tərəfindən təyin edilmiş mütəmadi cərimələr kimi maliyyə problemləri ilə üzləşib.

 

Senzura və kontentin məhdudlaşdırılması: Əksər media vasitələri hökumət tərəfindən cəzalandırılacaqlarından qorxaraq özünü-senzuradan istifadə edib və siyasi cəhətdən həssas hesab olunan mövzulardan yayınıblar. Milli Televiziya və Radio Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici mənşəli xəbər proqramlarını tam şəkildə təkrar yayımlamamağı tələb edib.

 

Böhtana/təhqirə qarşı qanunlar: Böhtan və təhqir cinayət əməlidir və yazılı və şifahi bəyanatları əhatə edir. Qanunla böhtan və iftira atmaqda günahkar bilinən şəxslərə qarşı böyük məbləğdə cərimələr və üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 2017-ci ilin may ayında qanuna dəyişiklik edilərək böhtana görə cərimə məbləği 100-1000 manatdan (58-580 ABŞ dolları) 1000-1500 manata (580-875 ABŞ dolları) qədər artırılıb. Təhqirə görə cərimə məbləği 300-1000 manatdan (175-580 ABŞ dolları) 1000-2000 manata (580-1170 ABŞ dolları) qədər artırılıb. Qanuna edilən digər dəyişikliyə əsasən prezidenti təhqir etməyə görə artıq cərimə tətbiq edilə bilməz ki, bununla da hakimlər üçün yalnız iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrum etmə cəzalarından birini seçmək qalır.

 

Böhtana qarşı qanunlardan jurnalistlərə qarşı istifadə olunub. Misal üçün, 2017-ci ilin mart ayında blogger Mehman Hüseynov polis tərəfindən işgəncələrə məruz qaldığını ictimai şəkildə bildirdikdən sonra, Bakı şəhər məhkəməsi onu böhtan atdığına görə iki il müddətinə azadlıqdan məhrum edib.

 

İnternet azadlığı

 

Hakimiyyət orqanları hakimiyyətin mövqeyindən fərqlənən fikirlər bildirən müstəqil media saytlarını bloklamaqda davam edib.

 

Bəzi fəallar və jurnalistlər bir neçə sosial media hesabının sındırılmasının arxasında hökumətin durduğundan şübhələniblər. Geniş rezonans doğurmuş fəallarla əlaqəli misal kimi, yanvarın 9-da müxalif Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənlinin Facebook səhifəsinin sındırılması və səhifədəki bütün paylaşımların silinməsini; fevralın 4-də DQMŞ-nın tanınmış üzvü Gültəkin Hacıbəylinin Facebook səhifəsinin sındırılmasını göstərmək olar. Media ilə əlaqəli daha bir aşkar misal kimi, yanvarın 29-da müstəqil kütləvi informasiya vasitəsi olan Meydan TV-nin Facebook səhifəsinin sındırılmasını qeyd etmək olar.

 

İyul və avqust aylarında Səbail rayon məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti əsasında Bastainfo.com, Criminal.az, Topxeber.az, Fia.az, Monitortv.info, Xural.com, Az24saat.org, Anaxaber.az, and Arqument.az saytlarına girişi bloklayıb. Avqustun 10-da Bakı Apelyasiya Məhkəməsi Arqument saytının bloklanmasının ləğv edilməsi haqqında qərar çıxarıb. “Voice of America”, “RFE/RL”-nin və Azadliq, Turan və Almaniyada yerləşmiş Meydan TV də daxil olmaqla, Azərbaycan kütləvi informasiya vasitələrinin internet saytları il ərzində hakimiyyət orqanları tərəfindən bloklanmış qalıb.

 

Hökumət həmçinin internet xidməti provayderlərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən lisenziya almağı və nazirliklə rəsmi müqavilələr bağlamağı tələb edib. Qanunla internetdə böhtan və təhqirə görə cinayət cəzası tətbiq olunur.

 

Hökumətin vətəndaş cəmiyyəti fəallarının internet əlaqələrini izlədiyini göstərən tutarlı məlumatlar var. Misal üçün, fəallar polis tərəfindən təqib olunduqlarını və fiziki zorakılıq hədəsi altında tənqidi Facebook paylaşımlarını silməyə məcbur edildiklərini bildiriblər. İl ərzində fəallar internetdə hökumətin fəaliyyəti barədə tənqidi fikirlər paylaşdıqlarına və insan hüquqlarının pozulması halları haqqında şərhlər yazdıqlarına görə dindirilib, saxlanılıb və mütəmadi olaraq inzibati qaydada həbs olunublar.

 

“Freedom House” təşkilatının 2017-ci ilin iyun ayından may ayınadək olan dövrü əhatə edən illik İnternetdə Azadlıq (Freedom on the Net) hesabatında ölkədə internet azadlığının daha da azaldığı göstərilib. Hesabatda hökumətin aprel ayındakı prezident seçkiləri öncəsi xəbər saytlarına girişi daha çox blokladığı bildirilib və xəbər saytlarına və fəallara qarşı kiber hücumlar; internetdə qanunsuz kontentin yayılmasına görə yeni cərimələr və internetdə dərc etdikləri məlumatlara görə jurnalistlərin, bloggerlərin və sosial media istifadəçilərinin saxlanılmaları qeyd olunub.

 

Beynəlxalq Telekommunikasiya İttifaqının statistik məlumatlarına görə 2017-ci ildə ölkə əhalisinin təxminən 80 faizi internetdən istifadə edib.

 

Akademik azadlıq və mədəni tədbirlər

 

Hökumət bəzi hallarda akademik azadlığı məhdudlaşdırıb. Müxalif partiya üzvləri məktəblərdə və universitetlərdə müəllim kimi iş tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

 

  1. Sərbəst toplaşmaq və birləşmək azadlığı

 

Konstitusiya ilə sərbəst toplaşmaq və birləşmək azadlıqları nəzərdə tutulsa da, hökumət bu hüquqları məhdudlaşdırıb.

 

Sərbəst toplaşmaq azadlığı

 

Hökumət sərbəst toplaşmaq azadlığını sərt şəkildə məhdudlaşdırıb. Müəyyən vaxtlarda hakimiyyət orqanları dinc etirazlara və toplantılara güc tətbiq etmək və etirazçıları saxlamaqla cavab verib. Qanunla kiçik pozuntulara görə üç aya qədər, polisə müqavimətə görə isə bir aya qədər inzibati həbsin tətbiq edilməsinə icazə verilir. Məhkəmə qərarına əməl etməyənlərə qarşı (o cümlədən cərimənin ödənilməməsinə görə) 500 manatdan 1000 manata (290-580 ABŞ dolları) qədər cərimə və bir aya qədər inzibati həbs cəzası tətbiq edilə bilər.

 

Konstitusiya ilə qrupların müvafiq dövlət orqanını qabaqcadan xəbərdar etdikdən sonra sərbəst toplaşmaq hüququnun olduğu təsbit olunsa da, hakimiyyət bu müddəanı əvvəlcədən icazə almaq tələbi kimi şərh etməkdə davam edib. Yerli hakimiyyət orqanları bütün mitinqlərin əvvəlcədən razılaşdırılmasını və təyin olunmuş yerlərdə keçirilməsini tələb edib. Əksər siyasi partiyalar və QHT-lər bu tələbin qəbuledilməz və konstitusiyaya zidd olduğunu bildirib.

 

 

Ölkənin bütün hakimiyyət orqanları toplaşmaq azadlığını faktiki olaraq inkar edərək mitinqlər üçün müraciətləri müntəzəm olaraq rədd etmişdir.

Aktivistlərin sözlərinə görə, əsas azadlıqlarından dinc şəkildə istifadə etmək istəyən şəxslər polisə müqavimət göstərməklə bağlı saxta ittihamlarla saxlanılaraq inzibati qaydada 30 gün müddətinə həbs edilmişdir.

AZƏRBAYCAN 21

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

10, 31 mart və 14 aprel tarixlərində hökumət tərəfindən icazə verilmiş müxalifət mitinqlərində iştirak etdikləri üçün 18 nəfər saxlanılaraq 15-30 gün müddətinə inzibati həbs cəzasına məhkum edilmişdir. Fəallar həmçinin bildirmişdir ki, 15 aprel tarixində Xalq Cəbhəsi Partiyasının 100-dən çox üzvü polis idarəsinə çağırılmış və ya narahat edilmiş və müxalifət nümayişlərinə qoşulmamaq barədə xəbərdar edilmişdir. Bir başqa nümunədə Azər Qasımlı və Respublikaçı Alternativ Partiyasının digər dörd fəalı saxlanılmış, polisə müqavimət göstərməkdə təqsirli bilinərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etmək üçün mayın 28-də Bakının mərkəzində icazəsiz yürüş təşkil edilməsində iştirak etdiklərinə görə inzibati həbs cəzasına məhkum edilmişdir. Polis onlarla digər iştirakçıları çağırmış və onlara gələcəkdə bu cür tədbirlərə qatılmamaları barədə xəbərdarlıq etmişdir.

Hökumət həmçinin müxalifət qruplarının mədəni baxımdan əhəmiyyətli yerlərə ziyarət etmək üçün toplaşmasının da qarşısını almışdır ki, buna da hakimiyyət əvvəllər icazə vermişdir. Məsələn, noyabrın 17-də polis Milli Dirçəliş Gününü anmaq üçün Şəhidlər Xiyabanına yürüş etməyə cəhd etdiyinə görə AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də daxil olmaqla, təxminən 50 müxalifətçi fəalı saxlamışdır. Fəalların çoxusu həmin gün sərbəst buraxılsa da, Əli Kərimli və digər səkkiz nəfər noyabrın 19-a qədər təcrid olunmuş vəziyyətdə saxlanılmış, noyabrın 19-da isə Əli Kərimli və digər beş nəfər cərimə olunaraq azad edilmiş, üç AXCP fəalı isə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilmişdir.

Birləşmək azadlığı

Konstitusiyada birləşmək azadlığı təsbit olunsa da, qanunda bu hüququn üzərinə bəzi məhdudiyyətlər qoyulur və 2014-cü ildə edilmiş dəyişikliklər QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmışdır. Dəyişiklik edilmiş bu qanunlara istinad edərək, hakimiyyət orqanları müstəqil təşkilatların fəaliyyətləri ilə bağlı çoxsaylı cinayət araşdırmaları aparmış, onların bank hesablarını dondurmuş və yerli işçiləri təqib etmiş, o cümlədən bəzi QHT rəhbərlərini həbs etmiş və onların ölkədən çıxışına qadağa qoymuşdur. Nəticə etibarilə, bir sıra QHT-lər fəaliyyətini davam etdirə bilməmişdir.

Bir sıra qanun müddəalarında hökumətə siyasi partiyaların, dini qrupların, biznes müəssisələrinin və QHT-lərin fəaliyyətini tənzimləməyə, o cümlədən QHT-lərin “hüquqi şəxs” statusu əldə etmək üçün Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyi tələb etməyə imkan verilir. Qanun Hökumətdən QHT-lərin qeydiyyat ərizələrinə onları əldə etdikdən sonra 30 gün ərzində (ya da araşdırma aparılması tələb edildiyi təqdirdə əlavə 30 gün müddətində) baxmağı tələb etsə də, qeydiyyat prosedurlarının qeyri-müəyyən, ağır və qeyri-şəffaf olması uzun gecikmələrə gətirib çıxarmış, bu da vətəndaşların birləşmək hüququnu məhdudlaşdırmışdır.

AZƏRBAYCAN 22

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Digər qanunlar da birləşmək azadlığını məhdudlaşdırır (məsələn, QHT filialının sədri əcnəbidirsə, sədr müavininin yerli vətəndaş olması tələb edilir).

Qrant və ianələrə təsir edən qanunlar QHT-lərin nağd pul şəklində ianələr almasına de-fakto qadağa qoymuş və onların anonim ianələr almaq və ya ictimaiyyətdən ianələr cəlb etməsini demək olar ki, mümkünsüz vəziyyətə gətirmişdir.

2014-cü ildə prezident inzibati məcəlləyə və QHT-lər, qrantlar və hüquqi şəxslərin qeydiyyatı haqqında qanunlara bir sıra dəyişiklikləri təsdiqləmişdir ki, bunlar da QHT-lərin fəaliyyətinə əlavə məhdudiyyətlər qoymuş və qeydiyyatdan keçməyən, müstəqil və xarici təşkilatların fəaliyyətləri üçün bir sıra boşluqları bağlamışdır. Qanunvericilik donorların da üzərinə bəzi məhdudiyyətlər qoymuşdur. Məsələn, xarici donorlardan donor əldə edənlərlə qrant müqavilələri imzalamadan əvvəl razılıq almaq tələb olunurdu. Qanunlar qeydiyyatdan keçməyən və xarici QHT-lərin məcburi şəkildə ləğv olunmasını həssas vəziyyətə gətirmiş və potensial fəalları və donorları hədələyərək vətəndaş cəmiyyəti təşkilatlarına qoşulmaq və onları dəstəkləmək fikrindən daşındırmış və onların qeydiyyatdan keçməyən yerli qruplara və ya belə təşkilatların rəhbərlərinə qrant ayırmaq qabiliyyətini məhdudlaşdırmışdır.

2017-ci ilin yanvar ayında Nazirlər Kabineti qrant qeydiyyatı prosesini səmərələşdirmək məqsədilə “vahid pəncərə” mexanizminin yaradılması üçün yeni qaydalar hazırlamışdır. Yeni qaydalara görə, bir neçə qurum üçün qrant qeydiyyatının əldə olunması prosesləri birləşdirilmişdir. Yeni qaydalar tam həyata keçirilməmiş, fəaliyyət göstərən QHT-lərin sayını daha da azaltmışdır.

2016-cı ildə Ədliyyə Nazirliyi QHT-lərin fəaliyyətinin monitorinqi qaydalarını qəbul etmişdir. QHT-lərin hüquqlarını qoruyan cəmi bir neçə müddəanı əhatə edən bu qaydalar nazirliyə QHT-ləri yoxlamaq səlahiyyəti verir, verilməsi və əməkdaşlıq etmədikləri təqdirdə sərt cərimələrin olmasını nəzərdə tutur.

2014-cü ildə Baş Prokurorluğun çoxsaylı yerli və beynəlxalq QHT-lər və yerli rəhbərliyin fəaliyyəti üzrə aparmağa başladığı geniş araşdırma il ərzində açıq qalmışdır. Nəticədə, bir sıra QHT-lər fəaliyyət göstərə bilməmiş, bir neçə QHT-nin bank hesabları dondurulmuş şəkildə qalmış və bəzi QHT rəhbərlərinin hələ də ölkədən çıxması qadağan edilmişdir.

Hökumət, ölkədə fəaliyyət göstərmək istəyən QHT-lərin müqavilə imzalamaq və Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edən qanuna əsasən qaydaları icra etməyə davam etmişdir. Ölkədə öz filialını qeydiyyatdan keçirmək istəyən xarici QHT-lər “Azərbaycan xalqının milli və mədəni dəyərlərini” dəstəklədiklərini nümayiş etdirməli və dini və siyasi propaqandalarda iştirak etməməyə dair öhdəlik götürməlidirlər.

AZƏRBAYCAN 23

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Sərəncamda qeydiyyat prosesi üçün hər hansı bir vaxt məhdudiyyəti qeyd olunmur və faktiki olaraq hökumətə xarici QHT-ləri qeydiyyatdan keçirib-keçirməməklə bağlı qərar qəbul etməyə dair qeyri-məhdud səlahiyyət verir. İlin sonunda heç bir xarici QHT bu qaydalar altında qeydiyyatdan keçə bilməmişdir.

QHT nümayəndələri qeyd etmişdir ki, Ədliyyə Nazirliyi təqdim edilən ərizələrə, xüsusilə də demokratik inkişafla bağlı məsələlər üzrə fəaliyyət göstərən şəxslər və təşkilatlardan daxil olan ərizələrə baxmamışdır. Bəzi ekspertlərin hesablamalarına görə, minə yaxın QHT qeydiyyatdan keçməmişdir.

  1. Din azadlığı

Bax: ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlığı haqqında hesabatı www.state.gov/religiousfreedomreport/

  1. Hərəkət azadlığı

Qanunda ölkə daxilində hərəkət, ölkədən kənara çıxma, mühacirət və repatriasiya azadlığı təsbit olunur. Hökumət ümumilikdə bu hüquqların bir çoxuna əməl etsə də, ən azı 20 müxalifətçi, fəal və jurnalistin hərəkət azadlığını məhdudlaşdırmağa davam etmişdir.

Hökumət məcburi köçkünlər, qaçqınlar, geri qayıdan qaçqınlar, sığınacaq axtaranlar, vətəndaşlığı olmayan şəxslər və qayğıya ehtiyacı olan digər şəxslərin müdafiəsi və onlara dəstək göstərmək üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir.

Ölkə hüdudlarından kənara çıxma: Hakimiyyət bir sıra müxalifət liderləri, aktivistlər və jurnalistlərin ölkədən kənara çıxmasının qarşısını almağa davam etmişdir. Buna nümunə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli (2006-cı ildən bəri ölkədən çıxması qadağan olunmuşdur), Respublikaçı Alternativ Partiyasının Məclis Başqanı Azər Qasımlı, araşdırmaçı jurnalist və aktivist Xədicə İsmayılova, vəkillər İntiqam Əliyev, Asabəli Mustafayev və Emin Aslanov, eləcə də Meydan TV-yə materiallar təqdim edən müstəqil jurnalistləri göstərmək olar. Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov avqustun 13-də həbsxanadan şərti azadlığa buraxıldıqdan sonra onun ölkədən çıxmasına qadağa qoyulmuşdur (bax: bölmə 1.e., siyasi məhbuslar və dustaqlar). Avqustda hakimiyyət 2011-ci ildən bəri hüquq müdafiəçisi Oqtay Gülalıyevın ölkədən çıxışı ilə bağlı qoyulmuş qadağanı aradan götürmüşdür.

Qanun hərbi çağırış yaşına çatmış şəxslərin ölkədən çıxmazdan əvvəl hərbi qeydiyyata alınmasını tələb edir.

AZƏRBAYCAN 24

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Hakimiyyət milli təhlükəsizliyə dair məlumatlara çıxışı olan hərbi qulluqçuların ölkədən çıxışına bəzi məhdudiyyətlər qoymuşdur. Cinayət törətməkdə ittiham olunan və ya məhkum edilmiş vətəndaşların da ölkədən çıxışına icazə verilməmişdir.

Məcburi köçkünlər

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilin sonunadək ölkədə məcburi köçkünlər və məcburi köçkün vəziyyətində olan şəxslərin olmasını bildirmişdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı isə il ərzində ölkədə qeydə alınmış məcburi köçkünlərin sayının 620422 nəfər olduğunu bildirmişdir. Onların böyük əksəriyyəti 1988-93-cü illərdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərini tərk etmişdir.

Məcburi köçkünlərin təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı olsa da, onların işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən yüksək olmuşdur. Bəzi beynəlxalq müşahidəçilər hökuməti məcburi köçkünlərin cəmiyyətə inteqrasiyasını yetərincə təşviq etmədiyini bildirmişdir.

Qaçqınların müdafiəsi

Qaçqınların ölkədən məcburi çıxarılması: Türk vətəndaşlarının Azərbaycandan Türkiyəyə köçürülməsi və onların orada müvafiq hüquqi proses həyata keçirilmədən Türkiyənin hakimiyyət orqanları tərəfindən saxlanılması ilə bağlı mətbuatda məlumatlar yer almışdır. Turan İnformasiya Agentliyinin Türkiyə mediasına istinadən yaydığı 22 fevral tarixli məlumatına görə, Azərbaycan məhkəmələrinin Azərbaycanda müəllim kimi fəaliyyət göstərən Ayhan Səfəroğlu və Ərdoğan Teylorun lehinə qərar çıxarmasına baxmayaraq, Azərbaycan rəsmiləri onların Türkiyədə saxlanılması və ekstradisiya olunmasına kömək etmişdir. Səfəroğlu saxlanıldıqdan sonra onun azərbaycanlı həyat yoldaşı Azərbaycan Dövlət Miqrasiya Xidmətindən ərinə siyasi sığınacaq verilməsini xahiş etmişdir; hakimiyyət isə Səfəroğlunun azərbaycanlı həyat yoldaşına onun bu müraciətinin rədd edilməsini bildirmişdir. Türkiyə hakimiyyət orqanları tərəfindən Səfəroğlu və Teylora qarşı Türkiyədə çevrilişə cəhd etməkdə ittiham olunan Gülən hərəkatına mənsub olma ittihamı irəli sürülmüşdür. Meydan TV-nin 18 aprel tarixli məlumatına əsasən, Azərbaycan hakimiyyəti 2017-ci ildə üç türk vətəndaşını eyni şəkildə Türkiyəyə təslim etmişdir.

Sığınacaqla təmin olunma imkanı: Qanunda sığınacaq axtaran və ya qaçqın statusu verilməsi nəzərdə tutulur və hökumət Dövlət Miqrasiya Xidmətinin qaçqın məsələlərinə görə məsul qurumu olan Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi vasitəsilə bəzi qaçqınların müdafiəsi sistemini qurmuşdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu sahədə bəzi irəliləyişlərin olduğunu qeyd etsə də, ölkədə qaçqın statusunun müəyyənləşdirilməsi sistemi beynəlxalq standartlara cavab verməmişdir. Beynəlxalq QHT-lər bu xidmətin səmərəsiz olduğu və şəffaf işləmədiyini bildirmişdir.

AZƏRBAYCAN 25

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Sığınacaq axtaranların təhlükəsiz mənşə ölkəsi/tranzit ölkə: BMT QAK-ın məlumatına görə, ölkə Çeçenistanda baş verən münaqişədən qaçan Rusiya vətəndaşlarına qaçqın statusu verilməsi ilə bağlı prosesdən keçməyə imkan verməmişdir. Buna baxmayaraq, BMT QAK qeyd etmişdir ki, ölkə çeçen sığınacaq axtaranlara dözüm nümayiş etdirmiş və onların müdafiəsi və humanitar ehtiyaclarının təmin edilməsində BMT QAK-ın rolunu qəbul etmişdir.

Əsas xidmətlərdən istifadə imkanı: Ölkə daxilində təxminən 1131 qaçqın (dövlət səviyyəsində və yalnız BMT QAK tərəfindən tanınan qaçqınlar) sosial xidmətlərdən istifadə edə bilməmişdir. Bir çox qaçqın və məcburi köçkün uşaqlar ölkənin müxtəlif bölgələrində orta məktəblərə qəbul edilmişdir.

Müvəqqəti müdafiə: Hökumət il ərzində sığınacaq axtaranların müvəqqəti müdafiəsini təmin etməmişdir.

Vətəndaşlığı olmayan şəxslər

BMT QAK-ın statistikasına əsasən, 2016-cı ilin sonunda BMT QAK-ın vətəndaşsızlıq mandatı altında ölkədə 3585 nəfər olmuşdur ki, bununla bağlı məlumatlar da ən son elə həmin ildə mövcud olmuşdur. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, il ərzində 291 əcnəbi və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verilmişdir. Vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti Gürcüstan və İrandan olan etnik azərbaycanlılardan ibarət olmuşdur. QHT-lər qeyd etmişdir ki, ölkədə yüz və on minlərlə sənədsiz vətəndaşlığı olmayan şəxslər vardır.

Qanunda vətəndaşlığı olmayan şəxs statusu üçün müraciət etmək hüququ nəzərdə tutulsa da, bəzi şəxslər ərizə üçün lazım olan sənədləri əldə edə bilməmiş və buna görə də rəsmi olaraq tanınmamışdır. Vətəndaşlıq haqqında qanun əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq əldə etməsini çətinləşdirir.

Vətəndaşlığı olmayan şəxslər əsasən ölkə daxilində hərəkət azadlığından istifadə edə bilmişdir. Lakin vətəndaşlığı olmayan şəxslərə ölkədən çıxdıqları təqdirdə yol sənədləri verilməmiş və ya Azərbaycana təkrar qəbul edilməmişdir. Qanun vətəndaşlığı olmayan şəxslərin səhiyyə və məşğulluq kimi əsas hüquqlara malik olmasına icazə verir. Buna baxmayaraq, onların hüquqi statusunun olmaması müəyyən vaxtlarda bu hüquqlardan istifadə etməsinə mane olmuşdur.

Konstitusiya vətəndaşlığın “qanunla nəzərdə tutulmuş qaydada” çıxarılmasına imkan verir. İl ərzində hökumət 85 nəfəri vətəndaşlıqdan məhrum etmişdir. Oktyabrın 4-də Avropa Şurasının insan hüquqları üzrə komissarı yazılı bəyanat yayaraq, hökumətin 2015-ci ildə jurnalist Emin Hüseynovu vətəndaşlıqdan məhrum etməsini “Azərbaycanda insan haqları müdafiəçilərinin hədələnməsinin daha geniş nümunəsi kimi” qiymətləndirilməli olduğunu diqqətə çatdırmışdır.

AZƏRBAYCAN 26

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

 

3-cü bölmə. Siyasi proseslərdə iştirak etmək azadlığı

Konstitusiya vətəndaşlara gizli səsvermə ilə və ümumi və bərabər seçki hüququ əsasında keçirilən azad və ədalətli seçki yolu ilə öz hökumətlərini seçmək imkanı versə də, hökumət seçki prosesinə müdaxilə edərək bu imkanı məhdudlaşdırmağa davam etmişdir. Qanunda qanunverici orqanın müstəqil olması nəzərdə tutulsa da, Milli Məclis icra hakimiyyətindən asılı olmayan çox az təşəbbüs həyata keçirmişdir.

Seçkilər və Siyasi Proseslərdə İştirak

Son seçkilər: Ölkə prezidenti fevralın 5-də prezident seçkilərinin oktyabrın 11-dən aprelin 11-ə keçirilməsi ilə bağlı fərman vermişdir. Müxalifət partiyaları seçkini boykot edərək, qeyri-rəqabət mühiti və seçkiyə hazırlaşmaq üçün kifayət qədər vaxtın olmamasına görə hökuməti tənqid etmişdir. Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) missiyasının məlumatına görə, prezident seçkiləri məhdud siyasi mühitdə və əsl demokratik seçkilər üçün əsas ilkin şərtlər olan əsas hüquq və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə keçirilmişdir. ATƏT/DTİHB plüralizmin, o cümlədən kütləvi informasiya vasitələrində plüralizmin olmadığı bu seçkilərdə əsl rəqabətin olmadığını bildirmişdir. Beynəlxalq və yerli müşahidəçilər seçki günündə məcburi prosedurlara məhəl qoyulmaması, şəffaflığın olmaması və seçki qutusuna bülletenlərin doldurulması və səsvermə prosesində “karusel” əməliyyatı kimi çoxsaylı ciddi pozuntulara yol verildiyini bildirmişdir.

ATƏT/DTİHB 2015-ci il Milli Məclisə seçkilərin müşahidəsini onun təklif etdiyi seçki müşahidəçilərinin sayının hökumət tərəfindən qəbul edilməməsindən sonra ləğv etmişdir. DTİHB-nin iştirakı olmadan isə seçkilərin ədalətliliyini düzgün qiymətləndirmək mümkün olmamışdır. Seçkiləri müşahidə edən müstəqil yerli və beynəlxalq müşahidəçilər seçki günündə bütün ölkədə çoxsaylı qanun pozuntularının olduğunu, o cümlədən müşahidəçilərin seçki məntəqələrinə daxil olmasının qarşısının alınması, seçki qutusuna bülletenlərin doldurulması, səsvermə prosesində “karusel” əməliyyatı və qeydiyyatdan keçməyən şəxslərin səs verdiyini iddia etmişdir; müxalifəti təmsil edən müşahidəçilər də bu cür pozuntuların olduğu iddiasını irəli sürmüşdür. Ölkənin əsas müxalifət partiyaları seçkiləri boykot etmişdir.

2016-cı ildə keçirilmiş ümumxalq səsverməsindən sonra konstitusiyaya edilmiş dəyişikliklərə görə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və qanunverici orqan bir il ərzində iki dəfə hökumətə etimadsızlıq göstərdikdə və ya prezidentliyə namizədləri əsas hökumət vəzifələrinə təyin etməkdən imtina etdikdə Azərbaycan Respublikası Prezidentinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyəti verilmişdir.

AZƏRBAYCAN 27

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Dəyişikliklər həmçinin prezidentə bir və ya bir neçə vitse-prezident təyin etmək və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin əvəzlənməsi ardıcıllığında birinci şəxs kimi Birinci vitse-prezidenti müəyyən etmək səlahiyyəti vermişdir. 2017-ci ilin fevral ayında prezident öz həyat yoldaşı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin etmişdir. Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri referendumun yaxşı keçdiyini bildirsə də, müstəqil seçki müşahidəçiləri seçki qutusuna bülletenlərin doldurulması, səsvermə prosesində “karusel” əməliyyatı və digər bu kimi pozuntu hallarına yol verildiyini aşkar etmişdir ki, bunların da bir çoxu videoçəkilişdə öz əksini tapmışdır. Onlar həmçinin seçki fəallığının Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi açıqlanan rəqəmlərdən az olduğunu da müşahidə etmişdir.

Siyasi partiyalar və siyasi proseslərdə iştirak: ölkədə qeydə alınmış 555 siyasi partiya olsa da, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası siyasi sistemdə hakim mövqe tutmuşdur. Yerli müşahidəçilər, iqtidar partiyasına üzvlüyün dövlət vəzifələrinin tutulması üçün üstünlük hesab olunduğunu bildirmişdir. Belə ki, 2010-cu ildən bəri ölkənin əsas müxalifət partiyalarının nümayəndələri Milli Məclisdə təmsil olunmur.

İl ərzində hakimiyyət orqanları Respublikaçı Alternativ Hərəkatının özünü siyasi partiya kimi daxil etməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər görməyə davam etmişdir. Məsələn, 2017-ci ilin oktyabr-noyabr aylarında Bakı Şəhər İcra Hakimiyyəti qrupun partiya qurultayı keçirmək üçün bir neçə dəfə təkrarlanan müraciətlərini rədd etmiş və özəl məkanlara qrupa yer icarəyə verməməklə bağlı göstəriş vermişdir. Aprelin 7-8-də qrup partiyanın onlayn qurultayını keçirərək siyasi partiyaya çevrildiyini elan etmiş, partiyanın qeydə alınması üçün onlayn qurultayın hökumətin tələblərinə cavab verməyəcəyini bildirmişdir.

Xalq Cəbhəsi Partiyasına da partiyanın qurultayının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəlcə yer verilməmiş, məhkəmə iddiasını uduzduqdan sonra isə şəhər meriyası aprelin 1-də partiyaya qurultay üçün yer ayırmışdır.

Müxalifət nümayəndələri rəsmi strukturlar tərəfindən digər vətəndaşlara nisbətən daha çox təqiblərə və qanunsuz həbslərə məruz qalmışdır. Müxalif siyasi partiyaların üzvləri sosial mediada hökuməti tənqid edən yazılar dərc etdikdən və ya dinc nümayişlərdə (bax: bölmə 2.b., dinc toplaşmaq azadlığı) iştirak etdikdən sonra saxlanılmış və inzibati həbs cəzasına məhkum edilmişdir. Hüquq müdafiəçiləri il ərzində müxalif siyasi partiyalarla əlaqəli olan ən azı 60 nəfərin saxlanılması və bu şəraitdə inzibati həbs cəzasına məhkum edilməsini təxmini hesablamışdır.

Yerli QHT-lərin məlumatına görə, ən azı 15 müxalifət partiyasının üzvü o cümlədən Müsavat Partiyası Şirvan təşkilatının rəhbəri Əlikram Xurşudov və Xalq Cəbhəsi Partiyasının sədrinin hər üç müavini – Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Seymur Həzi siyasi məhbus hesab edilmişdir.

AZƏRBAYCAN 28

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Müxalifət partiyaları ofis icarəsində çətinliklə üzləşmişdir ki, bu da həmin ofislərin sahiblərinin rəsmi strukturların təzyiq tədbirlərindən qorxması ilə bağlı olmuşdur. Müxalifət partiyalarının bölgə nümayəndələri keçirdikləri yığıncaqların məqsədini gizlətməli olmuş və bu cür yığıncaqları çay evlərində və digər uzaq yerlərdə keçirmişdir. Müxalifət partiyaları həmçinin rəsmi və qeyri-rəsmi maliyyə çətinlikləri ilə də üzləşmişdir. Məsələn, hakimiyyət müxalifətə maddi yardım göstərənləri cəzalandırmaqla, müxalifət partiyalarının üzvlərini işdən çıxarmaqla və ailə üzvlərinə iqtisadi təzyiqlər göstərməklə onların maliyyə resurslarını məhdudlaşdırmışdır.

Qadınların və azlıqların siyasi proseslərdə iştirakı: heç bir qanun qadınların və azlıqların nümayəndələrinin siyasi proseslərdə iştirakını məhdudlaşdırmır və onlar bu proseslərdə iştirak etmişdir. Ölkənin birinci xanımı Birinci vitse-prezident vəzifəsinə təyin edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazir səviyyəsində vəzifəyə bərabər olan sədri qadın olmuş və Milli Məclisin üzvlərinin 16.8 faizi qadınlardan ibarət olmuşdur.

4-cü bölmə. Korrupsiya və hökumətin qeyri-şəffaflığı

Qanunda vəzifəli şəxslər tərəfindən korrupsiyaya yol verilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, hökumət qanunu icra etməmiş və vəzifəli şəxslər tez-tez cəzasız qalmaqla korrupsiya əməlləri ilə məşğul olmuşdur. Hökumət dövlət xidmətlərinin göstərilməsində aşağı səviyyəli korrupsiyaya qarşı mübarizədə bəzi irəliləyişlərə nail olsa da, hökumət rəsmiləri tərəfindən, o cümlədən ən yüksək səviyyələrdə korrupsiya hallarına yol verilməsi barədə məlumatlar verilmişdir.

“Transparency International” və digər müşahidəçilər korrupsiyanın il ərzində geniş yayıldığını təsvir etmişdir. Hökumətin icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarında korrupsiya ilə bağlı məlumatlar yer almışdır. Məsələn, iyulun 18-də ölkəyə səfərlər barədə çıxan altı hesabatda Avropa Şurasının işgəncələrə qarşı Avropa komitəsi (CPT) qeyd etmişdir ki, ölkənin bütün hüquq-mühafizə sistemində korrupsiya “sistemli və endemik” xarakter daşımışdır. 2017-ci ilin oktyabr ayında ölkəyə səfəri ilə bağlı hesabatında CPT hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin borcların azaldılması və ya qeydə alınmayan həbsdən azad etmə qarşılığında ödənişlər tələb etməsinə istinad etmişdir.

Hökumətin korrupsiya əməllərinə qarşı mübarizə aparmağa çalışan bəzi çuğulçuların hakimiyyət tərəfindən hədəfə alınması ilə bağlı bir neçə dəfə məlumat verilmişdir. Dekabrın 17-də hökumətin təsiri altında olan mətbu orqanlarda beynəlxalq mükafat qazanmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın “qərb mənbələrindən” 500 min avro (575 min dollar) alması ilə bağlı iddiaların yer aldığı bir neçə məqalə dərc olunmuşdur. Dekabrın 21-də Bakı İnzibati-İqtisadi Məhkəməsi Azadlıq Radiosunun (RFE / RL) qeyri-kommersiya təşkilatı olaraq vergidən azad olmasına baxmayaraq, 45,143 manat (26,409 dollar) məbləğində iddia olunan vergi borcunu ödəmək üçün Xədicə İsmayıla qarşı qərar çıxarmışdır.

AZƏRBAYCAN 29

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Xədicə İsmayılovanın elit korrupsiyaya dair məlumatı onun hədəfə alınmasının əsas səbəbi kimi göstərilmiş və o, 2014-cü ildən 2016-cı ilədək həbs olunmuş, ölkədən çıxışına qadağa qoyulmuş və 2017-ci ildən etibarən bank hesabları dondurulmuşdur.

Korrupsiya: Aprelin 15-də Avropa Şurası Şuranın Parlament Assambleyasında korrupsiyaya dair iddialar üzrə müstəqil araşdırma orqanının məlumatını dərc etmişdir. Aşkar olunan məlumatlar Avropa Şurası Parlament Assambleyasının bəzi mövcud və sabiq üzvlərinin Avropa Şurası və AŞPA çərçivəsində Azərbaycanla bağlı proseslərə qeyri-qanuni şəkildə təsir etmək üçün rüşvət vermək və almaq kimi qanunsuz fəaliyyətlərlə məşğul olması ilə bağlı böyük şübhələr doğurmuşdur. Nəticədə AŞPA hökumətdən bəxşiş və rüşvət aldıqlarına görə 13 üzvünü pisləmiş, onları səsvermə hüquqlarından məhrum etmiş və AŞPA-nın komitələrində mövcud və gələcək rəhbər vəzifələrdən uzaqlaşdırmışdır.

Yüksək səviyyəli korrupsiya ilə bağlı məlumatlar davam etmişdir. Məsələn, aprel ayında araşdırmaçı jurnalistlər prezidentin övladları və fövqəladə hallar nazirinin Avropa və Yaxın Şərqdə lüks əmlaklar, biznes müəssisələri və yüksək səviyyəli mehmanxanalara yatırdıqları investisiyaları ört-basdır etmək üçün onlarla ofşor şirkətindən istifadə etdiyini iddia edən məqalə dərc etmişdir.

İlin sonunda “Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsi” qeyri-hökumət təşkilatı tərəfindən yüksək səviyyəli rəsmilərin 2012-2014-cü illər arasında 2,9 milyard dollar dəyərində çirkli pulların yuyulması planından faydalandığını iddia edən 2017-ci il sentyabr tarixli məlumatın araşdırılması üçün hökumət heç bir addım atmamışdır. Bir neçə yüksək səviyyəli məmurun ailələrinin monopoliyalardan faydalanması ilə bağlı məlumatlar davam etmişdir. İl ərzində rüşvətxorluq və korrupsiyanın digər formaları ilə bağlı cinayət işi açılsa da, yalnız bir neçə yüksək vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi il ərzində korrupsiya halları ilə bağlı 57 cinayət işi açıldığını bildirsə də, bir nəfər də yüksək vəzifəli məmur cinayət məsuliyyətinə cəlb edilməmişdir.

Geniş yayılmış bir fikir olmuşdur ki, rüşvət sayəsində 18-35 yaş arası kişilər üçün ümumi hesab olunan hərbi xidmət öhdəliyindən imtinaya nail olmaq olar. Vətəndaşlar həmçinin bildirmişdir ki, hərbi qulluqçular daha kiçik rüşvət qarşılığında daha asan hərbi vəzifələrə təyin oluna bilər.

AZƏRBAYCAN 30

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Hökumət dövlət idarəçiliyinin aşağı səviyyələrində korrupsiyanın azaldılması üçün geniş şəkildə işıqlandırılmış proqramı davam etdirmişdir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmət mərkəzləri doqquz nazirlikdən doğum haqqında şəhadətnamələr və nikah şəhadətnamələrinin alınması kimi dövlət xidmətlərinin birdəfəlik yerinə yetirildiyi yer kimi fəaliyyət göstərmişdir.

Maliyyə məlumatlarının açıqlanması: Qanun vəzifəli şəxslərdən öz maliyyə vəziyyəti haqqında hesabat təqdim etməyi tələb edir və seçki məcəlləsində bütün namizədlərdən maliyyə hesabatlarını təqdim etmək tələb olunur. Hesabatların təqdim edilməsi prosesi mürəkkəb və qeyri-şəffaf olmuş, hesabatları bir neçə agentlik və qurum, o cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Milli Məclis, Ədliyyə Nazirliyi və Mərkəzi Seçki Komissiyası qəbul etmişdir, baxmayaraq ki, onların nəzarət rolu yaxşı başa düşülməmişdir. İctimaiyyətin bu hesabatlara çıxış imkanı olmamışdır. Qanunda buna əməl olunmamasına görə inzibati sanksiya nəzərdə tutulsa da, belə sanksiyaların tətbiqi barədə heç bir məlumat olmamışdır.

Qanun biznes sahiblərinin adları və kapital qoyuluşlarının ictimaiyyətə açıqlanmasını qadağan edir. Tənqidçilər qanunun məqsədinin araşdırmaçı jurnalistikanın dövlət məmurlarının biznes maraqlarına çıxışına maneə törətməkdən ibarət olduğunu izah etmişdir.

5-ci bölmə. İnsan Hüquqlarının İddia Olunan Pozulmaları üzrə Beynəlxalq və Qeyri-Hökumət Araşdırmalarına Hökumətin Yanaşması

Hökumət yerli və beynəlxalq insan haqları qruplarının həyata keçirdiyi əməliyyatlar üzərinə ciddi məhdudiyyətlər qoymağa davam etmişdir. QHT-lərin fəaliyyətlərini məhdudlaşdırmaq üçün məhdudlaşdırıcı qanunların tətbiqi və digər təzyiqlər son illərdə yüksək səviyyədə davam etmişdir. İnsan hüquqları üzrə fəaliyyət göstərən aparıcı QHT-lər insan hüquqları üzrə apardıqları araşdırmalar və əldə olunan məlumatların dərc olunmasına görə arzuolunmaz və qərəzli mühitlə üz-üzə qalmışdır. Aktivistlər həmçinin bildirmişdir ki, hakimiyyət onların təşkilatları və ya qrantlarını qeydiyyata almaqdan imtina etmiş və təşkilatların fəaliyyətləri üzrə araşdırmaları davam etdirmişdir. Nəticə etibarilə bir sıra hüquq müdafiəçiləri hökumətin qoyduğu müxtəlif maneələr səbəbindən ya ölkəni tərk etmiş, ya da öz peşə fəaliyyətlərini yerinə yetirə bilməmişdir. Belə ki, İntiqam Əliyevin müsadirə olunmuş iş materialları və ofis avadanlıqları qaytarılmamış, İntiqam Əliyevə və Asabəli Mustafayevə qarşı ölkədən çıxış qadağası qoyulmuş və onların bank hesabları dondurulmuşdur.

Hökumət insan hüquqları üzrə bir sıra beynəlxalq QHT-lərlə əlaqə qursa və onların suallarına cavab versə də, bir çox hallarda insan hüquqları üzrə fəaliyyət göstərən digər QHT-ləri və aktivistləri tənqid etmiş və hədələmişdir. Ədliyyə Nazirliyi insan hüquqları üzrə fəaliyyət göstərən QHT-ləri qeydiyyata almaqdan əsassız şəkildə imtina etmiş və ya onların üzərinə ağır inzibati məhdudiyyətlər qoymuşdur.

AZƏRBAYCAN 31

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Hökumət rəsmiləri və dövlətin nəzarətində olan media qurumları insan hüquqları fəallarına (və siyasi müxalifət liderlərinə; bax: 3-cü bölmə) ritorik hücumlar edərək onları ölkədə sabitliyi pozmaqda və xarici qüvvələrin maraqlarını güdməkdə ittiham etmişdir.

Birləşmiş Millətlər Təşkilatı və ya digər beynəlxalq qurumlar: Hökumət, beynəlxalq qurumların bəyanatlarına etiraz edərək, bunu ölkənin daxili işlərinə müdaxilə hesab etdiyini bildirmiş və onları tənqid etmişdir. Məsələn, hökumət rəsmiləri və Milli Məclis üzvləri prezident seçkilərinin ATƏT / DTİHB tərəfindən qiymətləndirməsini tənqid edərək, bunun seçkidən əvvəl ölkəni ləkələmək üçün yazıldığını bildirmişdir (bax: 3-cü bölmə).

İnsan hüquqları üzrə hökumət qurumları: Vətəndaşlar dövlət və ya fərdi şəxslər tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) və ya Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edə bilər. Ombudsman, bir ildən çox müddəti olan, anonim və ya məhkəmə tərəfindən artıq icra edilməkdə olan sui-istifadə hallarını qəbul etməkdən imtina edə bilər. İnsan hüquqları üzrə QHT-lər ombudsmanı siyasi motivli işlərdə müstəqil və effektiv olmadığına görə tənqid etmişdir.

Milli Məclisin İnsan Hüquqları Komitəsi və Ədliyyə Nazirliyi də şikayətləri dinləmiş, araşdırmalar aparmış və müvafiq dövlət qurumlarına öz tövsiyələrini vermişdir.

6-cı bölmə. Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan (qadın) alveri

Təcavüz və məişət zorakılığı: Təcavüz qanunsuzdur və maksimum 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasını özündə ehtiva edir. Ər-arvad tərəfindən təcavüz də qanunsuzdur, amma müşahidəçilər polisin bununla bağlı iddiaları faktiki olaraq araşdırmadığını bildirmişdir.

Qanunda məişət zorakılığına dair şikayətlərin araşdırılması üçün çərçivə nəzərdə tutulur, məhdudlaşdırıcı məhkəmə qərarlarının verilməsi prosesi müəyyən edilir və qurbanlara sığınacaq və bərpa mərkəzlərinin yaradılması tələb olunur. Məişət zorakılığının qarşısının alınması haqqında qanunun bəzi tənqidçiləri iddia etmişdir ki, qanunun icrası üzrə dəqiq təlimatın olmaması qanunun təsirini azaltmışdır. Aktivistlərin fikirlərinə görə, nəticədə polis məişət zorakılığına ailədaxili məsələ kimi baxmış və məişət zorakılığına məruz qalan şəxsləri müdafiə etmək üçün effektiv şəkildə müdaxilə etməmişdir.

AZƏRBAYCAN 32

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ictimai maarifləndirmə kampaniyaları aparmaqla və məişət zorakılığının qurbanlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində çalışmaqla məişət zorakılığına qarşı fəaliyyətlərini davam etdirmişdir. Məsələn, il ərzində Komitə “gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində məişət zorakılığına qarşı maarifləndirmə kampaniyası təşkil etmişdir. Bu fəaliyyətlərə misal olaraq reklam lövhələri və ictimai nəqliyyatda reklam yerləşdirilməsi, şəhər mərkəzlərində broşuraların yayılması və problemi müzakirə etmək üçün maraqlı tərəflərlə konfransların keçirilməsini göstərmək olar.

Hökumət təcavüzün qurbanı olan qadınların müdafiəsini məhdud şəkildə təmin etmişdir. Hökumət və müstəqil QHT insan alveri və məişət zorakılığına məruz qalmış şəxsləri onlara yardım və məsləhət verən sığınacaqla təmin etmişdir.

Cinsi qısnama: Hökumət cinsi qısnamanın qadağan olunmasını icra etmişdir. Komitə cinsi qısnama və məişət zorakılığına dair məlumatlılıq səviyyəsinin artırılması ilə bağlı tədbirlər təşkil etmək üçün geniş işlər həyata keçirmişdir. Məsələn, avqustun 6-7-də Komitə Göyçayda məişət zorakılığı ilə mübarizə mövzusunda seminar təşkil etmişdir.

Əhaliyə nəzarətdə məcburetmə: Məcburi abort və ya məcburi sterilizasiya barədə məlumatlar daxil olmamışdır.

Ayrı-seçkilik: Qadınlar kişilərlə kağız üzərində eyni hüquqlara malik olsalar da, sosial və məşğulluqla bağlı ayrı-seçkilik problem olaraq qalmışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iş yerlərində ayrı-seçkilik, o cümlədən əmək haqqı ödənişində böyük bərabərsizlik və işsizlik səviyyəsinin yüksək olması baxımından qadınlara qarşı ayrı-seçkilik tətbiq olunmuşdur.

Uşağın cinsinin qeyri-obyektiv seçilməsi: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, il ərzində ölkədə doğulmuş uşaqların cins nisbəti hər doğulan 100 qıza 114 oğlan şəklində olmuşdur. Yerli ekspertlər bildirmişdir ki, uşaqların cinsinin qeyri-obyektiv şəkildə seçilməsi əsasən kənd yerlərində geniş yayılmışdır. Komitə problemlə bağlı məlumatlılığı artırmaq üçün seminarlar və ictimai media kampaniyaları keçirmişdir.

Uşaqlar

Doğuşun qeydə alınması: Uşaqlara vətəndaşlıq ölkə ərazisində doğulmaqla və ya valideynlərin vətəndaşlığı əsasında verilir. Xəstəxanalarda və ya klinikalarda baş tutmuş doğum hallarının qeydə alınması müntəzəm olaraq həyata keçirilmişdir. Evdə doğulan bəzi uşaqların qeydiyyatı aparılmamışdır.

AZƏRBAYCAN 33

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Təhsil: Baxmayaraq ki, təhsil 17 yaşına qədər icbari, ödənişsiz və ümumi xarakter daşıyır, kənd yerlərində yaşayan böyük ailələr oğlanların təhsil almasına daha çox önəm vermiş, qızları təhsildən yayındıraraq evdə işləməyə cəlb etmişlər. Bəzi yoxsul ailələr övladlarını məktəbə getmək əvəzinə işləməyə və ya dilənçiliyə vadar etmişlər.

Uşaq zorakılığı: Uşaqlara qarşı cinsi zorakılıq və uşaq əməyinə görə cərimələr var və qanunda uşaqlara qarşı məişət və digər zorakılıqlara görə cəza nəzərdə tutulur. Uşaq istismarı problemini həll etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra tədbirlər keçirmişdir. May-avqust aylarında Komitə Şəki, Şamaxı, Qax, Göygöl, Şəmkir, Gədəbəy, Lənkəran, Cəlilabad və Lerikdə cinsi ayrı-seçkilik və uşaq istismarına qarşı mübarizə ilə bağlı dövlət qulluqçuları ilə görüşlər keçirmişdir.

Erkən və Məcburi nikahlar: UNICEF-in 2016-cı il üzrə “Dünya Uşaqlarının Vəziyyəti” hesabatına əsasən, ölkədə qızların 11 faizi 18 yaşına çatmamış ərə verilmişdir. Qanuna əsasən, qızlar üçün nikah yaşı 18, yerli icra hakimiyyət orqanlarının icazəsi olduqda isə 17 yaş müəyyən edilmişdir. Qanunda o da qeyd olunur ki, oğlanlar 18 yaşında ailə qura bilərlər. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən İslam dinində də göstərildiyi kimi, nikah üçün minimum yaş həddi 18 olaraq müəyyən edilmişdir. Avqust ayında aktivistlər Lerikdəki 14 yaşlı qıza təcavüz edilməsi və ailəsinin qızı təcavüz edən həmin şəxsə ərə verməyi planlaşdırdığını bildirmişdir. Kütləvi informasiya vasitələrindən əldə edilən məlumatlara görə, hakimiyyət orqanları bu işi araşdırmamışdır.

Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxsləri nikaha məcbur etmə əməlinə görə 3,000 – 4,000 manat (1,750 – 2,340 ABŞ dolları) cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Dini nikah şərtlərinə uyğun olaraq (kəbin) ailə quran qızlar xüsusi narahatlıq doğurmuşdur, çünki belə qızlara dövlət tərəfindən nəzarət olunmamış və boşanma hallarında statuslarının tanınması üçün onlara “həyat yoldaşı” hüququ verilməmişdir.

Uşaqların cinsi istismarı: Yetkinlik yaşına çatmayan şəxslərin fahişəliyə (o cümlədən azyaşlılara qarşı əxlaqsız davranışlar) cəlb olunmasına görə səkkiz ilə qədər

həbs cəzası nəzərdə tutulur. Qanunvericilikdə pornoqrafiya, onun istehsalı, yayılması və ya reklam edilməsinə görə üç il azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmağa görə isə üç il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Razılıqlı cinsi əlaqə üçün minimum yaşı 16-dır.

Məcburi köçkün uşaqlar: Qaçqın və məcburi köçkün uşaqların böyük bir qismi standartlara cavab verməyən şəraitdə yaşayır. Bəzi hallarda belə uşaqlar təhsil almaq imkanında olmamışdır. Məcburi köçkün icmalarına əhəmiyyətli dövlət investisiyaları bu problemləri əhəmiyyətli dərəcədə azaltmışdır. Bakıda küçə uşaqları ilə işləyən vətəndaş cəmiyyətinin nümayəndələri bəzən oğlanların və qızların fahişəlik və dilənçiliklə məşğul olması barəsində məlumat vermişdir.

AZƏRBAYCAN 34

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Beynəlxalq uşaq oğurluğu: Ölkə “Beynəlxalq uşaq oğurluğunun mülki aspektləri”nə dair 1980-ci il tarixli Haaqa Konvensiyasına qoşulmamışdır. Bax: Dövlət Departamentinin “Valideynlər tərəfindən beynəlxalq uşaq oğurluğu” haqqında illik hesabatı: https://travel.state.gov/content/travel/en/International-Parental-Child-Abduction/for-providers/legal-reports-and-data.html.

Anti-semitizm

Hesablamalara görə, ölkədə Yəhudi icmasından olan insanların sayı 20,000 – 30,000 nəfər təşkil etmişdir və heç bir anti-semitizm faktı qeydə alınmamışdır.

İnsan alveri

Bax: Dövlət Departamentinin “İnsan alveri” haqqında hesabatı www.state.gov/j/tip/rls/tiprpt/.

Fiziki qüsurlu şəxslər

Qanunla fiziki, hissi, zehni və əqli qüsurlu insanlara qarşı ayrı-seçkilik qadağan edilsə belə, hökumət bu müddəaların effektiv şəkildə icrasını təmin etməmişdir.

Geniş yayılmış düşüncəyə görə, fiziki qüsurlu uşaqlar xəstədir və onları digər uşaqlardan ayırmaq, institusionallaşdırmaq lazımdır. Yerli QHT-nin verdiyi məlumata görə, ölkədə sağlamlıq imkanları məhdud 60.000 uşaq var, onların 6.000-dən 10.000-ə qədəri xüsusi təhsil müəssisələrində, yerdə qalanı isə ya evdə təhsil alır, ya da ümumiyyətlə təhsil almırdı. Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki qüsurlu uşaqların, xüsusilə ibtidai təhsil səviyyəsində normal sinif otaqlarında təhsil prosesinə inteqrasiyasını artırmaq məqsədilə addımlar atmışdır. Belə insanların ictimai və digər binalara girişini, habelə informasiya və kommunikasiya vasitələrinə əlçatanlığını təmin edən hər hansı bir qanun mövcud deyil və binaların əksəriyyəti onlar üçün əlçatmazdır. Əqli və digər qüsurları olan insanlar üçün nəzərdə tutulmuş obyektlərdə

yaradılan şərait eyni olmamışdır. Bəzən ixtisaslı kadrlara, avadanlıqlara və ləvazimatlara ehtiyac duyulmuşdur.

İl ərzində hökumət Bakı şəhərinin mərkəzindəki səkilərin böyük hissəsində əlil arabalarının olması üçün tikinti layihələrini maliyyələşdirmişdir. Nəticədə fiziki qüsurlu insanlar şəhərdə daha yaxşı hərəkət edə bilmişdir.

Milli/irqi/etnik azlıqlar

AZƏRBAYCAN 35

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Erməni adları olan şəxslər tez-tez sərhəd keçid məntəqələrində əlavə yoxlamadan keçirilmiş və bəzi hallarda onların ölkəyə girişinə icazə verilməmişdir. Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, bütün nəsil siyasi liderlərin ermənilərə qarşı nifrət aşılayan çıxışlarına qulaq asa-asa böyümüşdür. Cənubda talışlar və şimalda ləzgilər daxil olmaqla, bəzi qruplar öz dillərində rəsmi dərsliklərlə lazımınca təmin olunmadıqlarından dolayı narazılıqlarını bildirmişlər.

Cinsi oriyentasiya və cinsi mənsubiyyətə görə zorakılıq, ayrı-seçkilik, pis rəftar halları

Ayrı-seçkilik əleyhinə qanun mövcud olsa da, burada lezbiyan, gey, biseksual, transseksual və interseksullar xüsusi olaraq vurğulanmır.

2017-ci ilin sentyabr ayında media və insan hüquqları müdafiəçiləri gey, biseksual və transseksual qadın olduqları güman edilən 83 nəfərin sentyabr ayının ortasından etibarən polis tərəfindən saxlanılaraq işgəncələrə məruz qalması barəsində məlumat vermişdir. Polislər rüşvət almaq və digər gey kişilər barəsində məlumat əldə etmək məqsədilə təcridxanada saxlandıqları zaman onları döymüş və elektrik şoku vermişlər. 30 günədək təcridxanada saxlandıqdan və ya 200 manata qədər (117 ABŞ dolları) cərimə olunduqdan sonra saxlanılan şəxslərin çoxu azadlığa buraxılmışdır. İl ərzində basqına məruz qalan şəxslərin bəzisi AİHM-də dövlətə qarşı iddialar qaldırmışdır ki, bu iddialar da ilin sonuna baxılıb qurtarılmamışdır.

Yerli QHT-nin məlumatına görə, cinsi oriyentasiyasına görə insanlara qarşı polis zorakılığı ilə müşayiət olunan çoxsaylı insident yaşanmışdır. O da qeyd edilib ki, hüquq mühafizə orqanları bu kimi halların baş verməsinə məsul olanlarla bağlı nə araşdırma aparmış nə də onları cəzalandırmışlar. Hərbi xidmətə çağırış zamanı tibbi yoxlamadan keçərkən gey olduqlarını qəbul edən və ya gey olmaları güman edilən kişilər rektal yoxlamalardan keçirilmiş və psixi xəstə olduqları səbəbiylə hərbi xidmət üçün yararsız hesab edilmişdir. Bundan əlavə, ailə-məişət zəminində cinsi azlıqlara qarşı zorakılıq halları, nifrət aşılayan çıxışlar, şəxsi internet hesablarında – “Facebook” səhifələrində ədavət xarakterli məlumatların yayılması kimi faktlar da mövcud olmuşdur.

Fəalların məlumatına görə, cinsi azlıqların nümayəndəsi olan şəxslərin cinsi oriyentasiyası/mənsubiyyəti aşkar olunduqda onlar bir qayda olaraq işdən azad olunurlar.

Ümumiyyətlə, cinsi azlıqlar sosial stiqma və təzyiq tədbirləri qorxusu ilə ayrı-seçkilik və pis rəftarlarla bağlı hüquq mühafizə orqanlarına rəsmi şikayət ünvanlamaqdan imtina edirlər. Fəallar polislərin cinsi azlıq nümayəndələrinə qarşı törədilmiş cinayətlərin araşdırılmasına etinasız yanaşdığını bildirmişlər.

İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS): sosial stiqma

AZƏRBAYCAN 36

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatına görə, ölkədə İİV və QİÇS-ə yoluxmuş insanlara qarşı cəmiyyət ayrı-seçkilik münasibəti bəsləyir. Hökumət LGBTI icmasına təsir edən sağlamlıq məsələləri ilə məşğul olan QHT-ni maliyyələşdirməyə davam etmişdir.

7-ci bölmə. İşçilərin hüquqları

  1. Birləşmə azadlığı və kollektiv sövdələşmə hüququ

Qanun birləşmə azadlığı ilə yanaşı, müstəqil həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququnu təmin edir. Polislərin, hərbçilərin və rəhbər vəzifə tutan şəxslərin həmkarlar ittifaqlarına qoşulması qadağan edilmişdir. Qanun işçilərə kollektiv şəkildə sövdələşmə aparmaq hüququ versə belə, həmkarlar ittifaqları əmək haqqı dərəcələri və iş şəraiti kimi məsələlərlə bağlı effektiv danışıqlar apara bilməmişdir, çünki əksər dövlət müəssisələrini hökumət tərəfindən təyin edilən rəhbərlər idarə etmiş və hökumət işçilərinin əmək haqları da dövlət tərəfindən müəyyən olunmuşdur.

Bir çox işçilərin tətil etmək hüququ qanunla təmin edilsə də, dövlət qulluqçularının tətil etməsi qadağandır. Aşağıda göstərilən işçi kateqoriyalarına tətil keçirmək qadağan edilmişdir: icraedici və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su təchizatı, telefon, dəmir yolu və hava nəqliyyatına nəzarət işçiləri.

Qanun həmkarlar ittifaqlarına və əmək fəallarına qarşı ayrı-seçkiliyi qadağan edir və həmkarlar ittifaqı ilə bağlı fəaliyyətinə görə işdən azad olunan işçilərin işə bərpa edilməsini tələb edir. Bununla yanaşı, tətil iştirakçılarına qarşı işdən xaric olunma və ya yeni işçi ilə əvəz olunma kimi cəzalandırma tədbirlərinin görülməsi qanunla qadağan edilir. Lakin tətil zamanı ictimai asayişi pozan, nəqliyyat vasitələrinin hərəkətinə mane olan işçilər üç ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.

Hökumət birləşmə azadlığı və kollektiv sövdələşmə haqqında qanunların effektiv şəkildə icrasını təmin etməmişdir. Qanun pozuntularının qarşısını almaq üçün inzibati cəzalar kifayət deyil. İnzibati və məhkəmə prosedurlarında uzunmüddətli gecikmələr və şikayətlər olur. Həmkarlar ittifaqı yaratmaq və ittifaqın fəaliyyətinə dair hüquqları üzərində yüksək bürokratik nəzarət tədbirləri kimi bir sıra məhdudiyyətlər mövcuddur.

İttifaqların bir çoxu müstəqil deyil və jurnalistlərin birləşdikləri ittifaqlar istisna olmaqla, onların böyük əksəriyyəti hökumətlə sıx bağlı olmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkədə fəaliyyət göstərən yeganə həmkarlar ittifaqı konfederasiyasıdır. AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də, bəzi işçilər onun hökumətlə yaxından əlaqədə olduğunu düşünürlər. AHİK-nın məlumatına görə, Konfederasiya ilin əvvəlində 27 sektordan 1.6 milyon üzvü təmsil etmişdir.

AZƏRBAYCAN 37

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Həm yerli, həm də beynəlxalq QHT-lərin bildirdiyinə görə, əksər sənaye sahələrində çalışan işçilər öz hüquqlarından bixəbər olmuş və şikayət etdikləri zaman təqib olunacaqlarından qorxmuşlar. Bu hal xüsusilə dövlət sektorunda çalışan işçilərə şamil olunmuşdur.

Kollektiv müqavilələr bir çox hallarda formal xarakter daşımış və icra

olunmamışdır. Əmək hüququ bütün işçilərə və müəssisələrə şamil edilsə də, hökumət ikitərəfli sazişlərin şərtlərini müzakirə etməklə transmilli korporasiyaları əmək qanunvericiliyindən azad edə bilər. Məsələn, hökumətlə transmilli enerji korporasiyaları arasında imzalanan hasilatın pay bölgüsü üzrə sazişləri işçinin həmkarlar ittifaqında iştirakını təmin etmir. Qanun işəgötürənlərin kollektiv sövdələşmə prosesinə əngəl olmasını qadağan etsə də, işəgötürənlər kollektiv sövdələşmənin səmərəliliyini azaldan fəaliyyətlərdə (məsələn, subpodratçılıq, qısa müddətli əmək müqavilələrindən istifadə etmək) iştirak etmişlər.

Dövlət Neft Şirkətinin 65,200 işçisindən Neft və Qaz Sənayesi İşçilərinin

İttifaqına qoşulmaq tələb olunmuş və onların həmkarlar ittifaqına üzvlük haqqı dövlət orqanları tərəfindən avtomatik olaraq əməkhaqlarından (hər işçinin əmək haqqının 2 faizi) tutulmuşdur. Formal iqtisadiyyatda nüfuza malik olan dövlət müəssisələrinin əksəriyyəti işçilərin əməkhaqlarından üzvlük haqqı tutmuş, amma bu haqlar həmkarlar ittifaqlarına çatmamışdır. İşəgötürənlər rəsmən neftçilərin həmkarlar ittifaqlarına toplanan üzvlük haqqının dörddə birini ittifaqın fəaliyyəti üçün “inzibati xərclər”ə çıxmışdır. İttifaqlar və onların üzvləri işəgötürənlərin üzvlük haqlarının necə və hara xərclədiklərini araşdırmaq üçün hər hansı bir vasitəyə sahib olmamışdır.

  1. Məcburi və ya icbari əməyin qadağan olunması

Müharibə və ya dövlət orqanının nəzarəti altında məhkəmə qərarlarının icrası kimi hallar istisna olmaqla, məcburi və ya icbari əməyin bütün formaları qanunla qadağan olunur. Qanun pozuntularına görə cərimələr, o cümlədən azadlıqdan məhrumetmə ümumilikdə bu halların qarşısını almağa kifayət edir. Hökumət tərəfindən qüvvədə olan qanunvericiliyin effektiv şəkildə icrası təmin olunmamışdır. Resurslar və yoxlamalar adekvat deyil. Bu, qismən onunla əlaqədardır ki, bütün növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratorium mövcuddur.

Cinayət Məcəlləsinin geniş müddəalarında siyasi baxışlar və ya müəyyən siyasi, sosial və ya iqtisadi sistemə qarşı ideoloji cəhətdən əks  fikirlərin ifadə olunmasına görə cəza olaraq məcburi əməyin tətbiq edilməsi nəzərdə tutulur. İl ərzində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Ekspertlər Komitəsi, jurnalistlərin, blogerlərin, hüquq müdafiəçilərinin və tənqidi fikir səsləndirən digər bu kimi şəxslərin siyasi motivli şübhəli ittihamlarla məsuliyyətə cəlb olunması üçün Cinayət Məcəlləsinin müxtəlif müddəalarının tətbiq edilməsindən narahatlığını ifadə etmiş və bildirmişdir ki, bu, uzunmüddətli islah işləri və ya həbs cəzasına səbəb olmuş və hər ikisində məcburi əmək tətbiq olunmuşdur.

AZƏRBAYCAN 38

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

İl ərzində dövlət sektorunda çalışan bəzi işçilər və paytaxtdan kənarda təhsil alan universitet tələblərinin payız pambıq yığımına səfərbər olunması və məcburi iştirakına dair məlumatlar əldə olunmuşdur. Həmçinin işçilər, o cümlədən miqrant işçilərin tikinti sənayesində məcburi əməyə məruz qalması, onlara zor tətbiq edilməsi, uşaqların diləndirilməsi və məcburi ev qulluqçuluğu barədə məlumatlar da əldə olunmuşdur. Daxili İşlər Nazirliyi 2017-ci il ərzində məcburi əməklə bağlı 5 halın aşkar olunduğunu bildirmişdir ki, həmin ildə də bu cür məlumatlar mövcud olmuşdur.

Həmçinin bax: Dövlət Departamentinin “İnsan alveri” haqqında hesabatı www.state.gov/j/tip/rls/tiprpt/.

  1. Uşaq əməyinin qadağan olunması və minimum əmək yaşı

Bir çox hallarda Qanun 15 yaşından etibarən uşaqların əmək fəaliyyəti ilə məşğul olmasına icazə verir. 14 yaşlı uşaqlar ailə təsərrüfatında və ya valideynlərinin razılığı ilə gündüz saatlarında məktəbdən sonra onların sağlamlığına təhlükə törətməyən işlərdə çalışa bilərlər. 16 yaşdan aşağı uşaqlar həftədə 24 saatdan, 16-17 yaş arası uşaqlar isə həftədə 36 saatdan çox olmamaqla əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 18 yaşına çatmayan uşaqların ağır və təhlükəli iş şəraitində çalışması qanunla qadağan olunur və uşaqların çalışmasının qadağan edildiyi sahələr qanunla müəyyən edilir. Buraya zərərli maddələrlə və yer altında olan işlər, habelə gecə saatlarında, kömür mədənlərində, gecə klublarında, barlarda, kazinolarda və spirtli içkilərin təqdim olunduğu digər müəssisələrdə olan işlər daxildir.

Hökumət tərəfindən uşaq əməyini qadağan edən və minimum yaş həddini müəyyən edən qanunların icrası müvafiq qaydada təmin olunmamışdır. İl ərzində hökumət daxil olan şikayətlərlə bağlı yoxlamalar keçirsə belə, növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumun mövcud olması uşaq əməyi üzrə qanunların effektiv şəkildə icrasının qarşısını almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sadəcə şikayətlər əsasında yoxlama aparmağa icazə verilmişdir.

İl ərzində uşaq əməyinin istismarı ilə bağlı az şikayət qeydə alınmış, buna baxmayaraq kənd təsərrüfatında, restoran və şadlıq evlərində uşaq əməyi, məcburi dilənçilik, küçə işi, o cümlədən bazarda, avtodayanacaq və avtoyuma məntəqələrində iş, həmçinin ölkənin hər yerində yol kənarlarında meyvə və tərəvəzlərin satışı üzrə uşaq əməyindən istifadə barədə ayrı-ayrı məlumatlar da verilmişdir. Kənd təsərrüfatında uşaqların meyvə və tərəvəz istehsalı və daha az dərəcədə çay, düyü və pambıq istehsalı ilə məşğul olması barədə də məlumatlar yer almışdır. Bundan başqa, uşaqların kommersiya məqsədilə cinsi istismarı haqqında da məlumatlar əldə olunmuşdur (bax: 6-cı bölmə, Uşaqlar, 7.b. bölmə).

AZƏRBAYCAN 39

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Həmçinin bax: Əmək Departamentinin “Uşaq əməyinin ən pis formaları” adlı hesabatının nəticələri – www.dol.gov/ilab/reports/child-labor/findings.

  1. İşə qəbul və məşğulluqla əlaqədar ayrı-seçkilik

İşə qəbul və məşğulluqla bağlı ayrı-seçkilik qanunla qadağan olunur, lakin hökumət tərəfindən bu qanunun effektiv şəkildə icrası hər zaman təmin olunmamışdır. Müxtəlif maddələr və qanunlar çərçivəsində məşğulluqla bağlı ayrı-seçkiliyə görə cərimələr olsa da, ayrı-seçkiliyin bütün formalarının qarşısını effektiv şəkildə ala bilməmişdir. Qanun qadınların təhlükəli xarakterli işlərdə, məsələn yeraltı kömür mədənlərində çalışmasını istisna edir.

İşəgötürənlər, ümumiyyətlə, fiziki qüsurlu insanları işə götürməyə tərəddüd etmişlər və iş yerlərinə giriş məhdudlaşdırılmışdır. İşə qəbul və məşğulluq zamanı cinsi oriyentasiyaya görə ayrı-seçkilik halları mövcud olmuşdur. Cinsi azlıq nümayəndələrinin məlumatına görə, işəgötürənlər cinsi oriyentasiyasına görə insanları qanuni olaraq işdən xaric edə bilmədiklərinə görə onları işdən azad etmək üçün digər səbəblər tapırlar. Qadınlar yüksək vəzifələrdə, habelə aparıcı işgüzar sahələrdə daha az təmsil olunmuşlar. Ənənəvi fəaliyyətlər kənd yerlərində qadınların iqtisadi imkanlara əlçatanlığını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda qadınların orta aylıq əmək haqqı məbləği 335,7 manat (197 dollar) olduğu halda, kişilərin orta aylıq əmək haqqı məbləği 663,1 manat (390 dollar) olmuşdur.

  1. Məqbul iş şəraiti

Yanvar ayının 1-də aylıq minimum əmək haqqı məbləği 116 manatdan (68 dollar) 130 manata (77 dollara) qaldırılmışdır. Əmək qabiliyyətli insanlar üçün minimum əmək haqqı yoxsulluq səviyyəsindən (minimum yaşayış həddi) aşağı olmuşdur ki, bu da yanvarın 1-də 155 manatdan (91 dollar) 173 manata (101 dollar) qaldırılmışdır. Ekspertlərin bildirdiyinə görə, hökumət işçiləri minimum əmək haqqı üzrə qanuna əməl etmiş, lakin buna kölgə iqtisadiyyatında məhəl qoyulmamışdır. Qanun cinsindən, yaşından və digər təsnifatdan asılı olmayaraq bərabər işə görə işçilərə bərabər məbləğdə əmək haqqı verilməsini tələb edir, baxmayaraq ki, qadınların əmək haqqı kişilərin əmək haqqından geri qalmışdır.

Qanunla 40 saatlıq iş həftəsi müəyyən edilir. Təhlükəli işlərdə çalışan işçilər həftədə 36 saatdan artıq işləyə bilməzlər. Yerli şirkətlərin qanunla tələb olunandan artıq iş saatına görə minimum kompensasiya verib-verməməsi barəsində məlumat olmasa da, beynəlxalq şirkətlər, ümumilikdə, qanunun bu tələbinə əməl etmişdir. Həddindən artıq məcburi iş qadağan olunmur. Qanunla əcnəbi və yerli işçilərin hüquqlarının bərabər olması nəzərdə tutulur.

AZƏRBAYCAN 40

2018-ci il üzrə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları • ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu

Hökumət tərəfindən məqbul iş şəraiti haqqında qanunun effektiv şəkildə icrası təmin edilməmiş və qanunda nəzərdə tutulan cərimələr pozuntuların qarşısını almamışdır.

2017-ci ilin noyabr ayında hökumət növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumu 2021-ci ilə qədər uzatmışdır. Müfəttişlərə şikayət əldə etdikdən sonra özəl sektor və dövlət mülkiyyətində olan iş yerlərini yoxlamağa icazə verilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində hər hansı yoxlama barədə məlumat verməmişdir. Məlumata görə, nazirlik müfəttişləri tam tərkibdə saxlamışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi tərəfindən iş yerlərində həyata keçirilən yoxlamalar moratorium səbəbindən zəif və səmərəsiz olmuşdur. Nazirliyin az sayda müfəttişi tərəfindən iş yerlərinin monitorinqi aparılmış, qanun pozuntularına görə nadir hallarda cərimə tətbiq edilmişdir. Qanunla sağlamlıq və əmək təhlükəsizliyi standartları müəyyən olunsa belə, işəgötürənlər bu standartlara məhəl qoymur. Tikinti, neft və qaz sektorlarında məqbul iş şəraitinin təmin olunması ilə bağlı qanun pozuntuları problem olaraq qalmışdır.

Yerli insan hüquqları qrupları, o cümlədən neft-kimya sənayesi üzrə insan hüquqlarını müdafiə edən QHT – Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı bildirmişdir ki, işəgötürənlər, xüsusilə xarici neft şirkətləri heç də hər zaman əcnəbi və yerli işçilərə eyni münasibət göstərmir. Məlumata görə, xarici neft şirkətlərində çalışan yerli işçilərin əməkhaqqı məbləği bir çox hallarda aşağı olmuş və onlar əmək müqaviləsi, tibbi sığorta olmadan fəaliyyətə cəlb olunmuşlar. Xarici neft şirkətlərinin yerli əməkdaşlarının sözlərinə görə, onlara əlavə iş saatlarına görə əmək haqqı və məzuniyyət haqqı ödənilməmiş, bununla da Əmək Məcəlləsinin tələbləri pozulmuşdur.

Rəsmi statistikaya görə, il ərzində 53 işçi iş yerində dünyasını dəyişmiş, bu hadisələrin beşi neft-qaz sektorunda baş vermişdir. İşçilər onların sağlamlığı və təhlükəsizliyinə təhlükə törədən vəziyyətlərdən özlərini çıxara bilərlər, amma bunun edilməsi təqdirində onların işinin hüquqi müdafiəsi təmin olunmur. İyun ayında Saatlı, Tərtər, İmişli və Yevlaxda pambıq tarlalarında təxminən 200 işçinin pestisidlər tərəfindən zəhərlənməsi barədə məlumat verilmişdir. Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi açmış və ən azı 10 nəfər həbs olunmuşdur.

AHİK Rusiya və Gürcüstandan olan əmək miqrantlarının hüquqlarının qorunması və iş şəraitinin təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə sözügedən ölkələrin dövlət orqanları ilə səmərəli əməkdaşlıq etdiklərini bildirmişdir.