Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat – Azərbaycan 2018-ci il

Konstitusiya dövlət və dinin ayrılmasını və bütün dinlərin bərabərliyini nəzərdə tutur.  O, həmçinin, ictimai asayişi və ya ictimai mənəviyyatı pozmaması şərtilə insanların dini əqidələrini ifadə etmək və dini mərasimlərin yerinə yetirmək hüququnu müdafiə edir.  Qanun hökumətə dini fəaliyyətlərə müdaxilə etməyi qadağan edir, lakin həmçinin hökumətin və vətəndaşların “dini ekstremizm” və “radikalizm” ilə mübarizə üçün məsuliyyət daşıdıqlarını da bildirilir.”  Qanunda qeyd edilir ki, dini təşkilatlar irqi, milli, dini və ya sosial ədavətə səbəb olurlarsa, “insan ləyaqətini alçaldan” bir şəkildə insanları dinlərini dəyişməyə məcbur edirlərsə, və ya dünyəvi təhsilə mane olurlarsa hökumət onları buraxa bilər. Gəncə Şəhər İcra Komitəsinin o zamankı rəhbərinə iyul hücumundan sonra, təhlükəsizlik qüvvələri beş nəfəri qətlə yetirdi və hökumətin ən azı Müsəlman birliyi hərəkatının bir neçə üzvünün cəlb olunduğu Şiə “ekstremist konspirasiyasının” bir hissəsi olduğu 60-dan artıq insanı həbs etdi.  Yerli insan hüquqları müdafiə qrupları və digərləri hökumətin dini fəallara fiziki zorakılıq tətbiq etməyə, həbs eməyə və həbsxanaya salmaqda davam etdiyini bildiriblər. Xəbər verildiyi kimi, hökumət 2017-ci ildə 80 nəfərə nisbətən ilin sonunda 68 dini fəalı həbsxanaya salmışdır…

HESABATINI YÜKLƏ