ABŞ Dövlət Departamenti “İnsan Alveri” ilə bağlı 2019 il üzrə hesabatı

Azərbaycan Hökuməti insan alverinin aradan qaldırılması üçün minimum standartlara tam cavab verməsə də, bunun üçün ciddi səy göstərir. Bu səylərə daha çox zərəçəkənin müəyyən edilməsi və zərərçəkənlərə dövlət tərəfindən idarə edilən sığınacaqlarda və insan alveri qurbanlarına yardım mərkəzində hərtərəfli yardımın göstərilməsi aid edilir. Hökumət xaricə səyahət edən azərbaycanlı miqrantlar üçün maarifləndirmə kampaniyalarını artırmış və insan alverinə qarşı mübarizə üzrə polis bölməsi zərərçəkənlərlə bağlı işlərdə yüksək təcrübə və səriştəyə malik vəkil  cəlb etmişdir. Buna baxmayaraq, hökumət əvvəlki hesabat dövrü ilə müqayisədə ümumi artan səy nümayiş etdirə bilməmişdir. Məhkəmələr insan alveri qurbanları üçün açılmış məhkəmə işlərini təxirə saldığına görə prokurorluğun səyləri azalmışdır. İnsan Alverinə qarşı Mübarizə İdarəsinə (İAMİ) olan etibar qanunsuz həbs və yetkinlik yaşına çatmayan şəxslərdən zor gücü ilə etiraflar alınması hallarının geniş yayılması səbəbilə azalmışdır; və hökümət mütəmadi olaraq sosial müdafiəyə ehtiyac duyan əhaliyə xüsusi diqqət yetirməmiş və xüsusilə ölkə daxilində olan insan alveri qurbanlarının müəyyənləşdirilməsi üçün aktiv səy göstərməmişdir. Nəticədə, hökumət hüquq-mühafizə orqanları ilə əməkdaşlıq qurulmasına müsbət baxmamış və qeyri-adekvat müəyyənləşdirmə səbəbilə zərərçəkmiş şəxslər cəzalandırılmış ola bilər. Hökumət QHT-lər tərəfindən idarə edilən sığınacaqların zərərçəkənlərin dəstəklənməsi və  yenidən inteqrasiyası xidmətlərinə olduqca yüksək etimad göstərməsinə baxmayaraq, onları maliyyələşdirməmişdir. Bəzi yerli idarə orqanlarının rəsmiləri bəzi dövlət işçilərini səfərbər edərək onları payız mövsümü ilə əlaqədar pambıq yığımına qatılmağa məcbur etdi. Buna görə də Azərbaycan daha aşağı dərəcəli Tier 2 Nəzarət Siyahısına salındı.

HESABATINI YÜKLƏ