2021-ci ilin Fulbrayt Elmi-Tədqiqat Səfər Proqramının iştirakçıları
2021-ci ilin Fulbrayt Elmi-Tədqiqat Səfər Proqramının iştirakçılarını Səfirlikdə qarşılamaqdan çox məmnunuq. Tezliklə bu qrup Amerikanın ən nüfuzlu universitetlərində araşdırma işləri aparmaq məqsədi ilə ABŞ-a yola düşəcək. Görüşdə həmçinin bu yaxınlarda ABŞ-dan qayıdan Fulbrayt məzunları da iştirak ediblər. Yeni iştirakçıların ABŞ-da yaşamaq incəlikləri barədə suallarını cavablandırdıqları üçün onlara xüsusi təşəkkürümüzü bildiririk.
Amerikanın qabaqcıl akademik mübadilə proqramı olan Fulbright, hər il ABŞ-da təhsil, tədris və araşdırma sahələri üçün 8000 sayda təqaüd ayırır. 1946-cı ildə yarandığı gündən bu günə qədər Fulbrayt Proqramında Azərbaycan daxil olmaqla 160-dan çox ölkədən 400.000 insan iştirak etmişdir. Bu proqramın məzunları arasında 40 hazırki və ya keçmiş dövlət xadimləri və ya hökumət başçısı, 60 Nobel mükafatının laureatı və 89 Pulitzer mükafatının sahibi vardır.
Fulbrayt proqramları haqqında daha ətraflı məlumat üçün: https://az.usembassy.gov/education-culture/educational-programs/professional-development-non-degree-programs/