Diplomatik Münasibətlərin 30-cu ildönümü

Birləşmiş Ştatlar Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olmuşdur. Prezident Corc H.V. Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan etdi. ABŞ-ın Bakıdakı səfirliyi 1992-ci il martın 16-da açıldı, Robert Finn müvəqqəti işlər vəkili təyin edilmişdi.

Ölkələrimiz Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin, ATƏT-in Minsk Qrupu vasitəçiliyi də daxil olmaqla, uzunmüddətli və davamlı siyasi həllinin həyata keçirilməsi səylərini qətiyyətlə dəstəkləyir və regional sabitlik, sülh və rifahı təşviq edir.

Azərbaycanın ABŞ ilə diplomatik münasibətlərinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur.

“Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhün tapılmasına və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır.”

Səfir Litzenberqer

 


Əsas Tarixlər Və Hadisələr

30 il əvvəl, 25 dekabr 1991-ci ildə Prezident Corc Buş ABŞ xalqına bayram müraciətində Sovet İttifaqının dağılmasından sonra  ABŞ-ın  Azərbaycanın müstəqilliyini tanıdığını elan etdi.

2007-ci il fevralın 7-də  ABŞ və Azərbaycan İqtisadi Tərəfdaşlıq Komitəsinin ilk iclasını keçirdi.

1992-ci ilin fevralın 12-də ABŞ Dövlət Katibi Beyker  Azərbaycana səfər edib. O, Azərbaycan rəsmiləri ilə görüşüb və diplomatik əlaqələrin qurulmasının perspektivlərini müzakirə edib.


ABŞ-ın Azərbaycandakı səfirləri
  Nümayəndə   Tarixdən   Tarixinədək   Vəzifə  Təyin edən
Robert Finn 16 mart, 1992 15 sentyabr, 1992 Müvəqqəti işlər vəkili Corc Buş
Riçard Maylz 16 sentyabr, 1992 5 noyabr, 1993 Səfir
Rişard Kazlariç 20 aprel, 1994 20 iyul, 1997 Səfir Bil Klinton
Stenli Eskudero 4 dekabr, 1997 1 oktyabr, 2000 Səfir
Ross Uilson 11 Oktyabr, 2000 24 aprel, 2003 Səfir
Reno Harniş 1 Dekabr, 2003 24 aprel, 2006 Səfir Corc Buş
Enn Dörsi İyul, 2006 4 iyul, 2009 Səfir
Donald Lu 4 İyul, 2009 iyul 2010 Müvəqqəti işlər vəkili Barak Obama
Metyu Brayza 10 yanvar, 2011 5 yanvar, 2012 Səfir
Riçard Morninqstar 20 iyul, 2012 iyun, 2015 Səfir
Robert Sekuta 19 fevral, 2015 31 mart, 2018 Səfir
Uilyam Gill 1 aprel, 2018 11 mart, 2019 Müvəqqəti işlər vəkili Donald Tramp
Örl (Li) Litzenberqer
12 mart, 2019 carı Səfir


ABŞ-a rəsmi səfərlər

Prezident Tarix Səfər növü
Prezident Heydər Əliyev 25-30 sentyabr 1994 işgüzar səfər
Prezident Heydər Əliyev 20-26 oktyabr 1995 işgüzar səfər
Prezident Heydər Əliyev 27 İyul – 6 Avqust 1997 rəsmi səfər
Prezident Heydər Əliyev 22-27 Aprel 1999 işgüzar səfər
Prezident Heydər Əliyev 12-18 Fevral 2000 işgüzar səfər
Prezident Heydər Əliyev 4-9 Sentyabr 2000 işgüzar səfər
Prezident Heydər Əliyev 1-13 Aprel 2001 işgüzar səfər
Prezident Heydər Əliyev 14-23 Fevral 2003 rəsmi səfər
Prezident İlham Əliyev 25-28 Aprel 2006 rəsmi səfər
Prezident İlham Əliyev 24 Sentyabr 2010 işgüzar səfər
Prezident İlham Əliyev 2-4 May 2012 işgüzar səfər
Prezident İlham Əliyev 20-21 May 2012 işgüzar səfər
Prezident İlham Əliyev 1 aprel, 2016 rəsmi səfər
Prezident İlham Əliyev 19 sentyabr, 2017 rəsmi səfər