ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatını qazandığı üçün Coca-Cola-nı təbrik edir

ABŞ-ın Azərbaycandakı səfirliyi, 2020-ci il ABŞ Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatını qazandığı üçün Coca-Cola Azərbaycan-ı ürəkdən təbrik edir! Korporativ Mükəmməllik Mükafatı (ACE), ABŞ Dövlət Departamentinin hər il cəmiyyətlərinin məsuliyyətli üzvü kimi yüksək standartlara riayət edən və Amerika dəyərlərini xarici ticarət fəaliyyəti ilə təmsil edən üç ABŞ şirkətinə verilən ABŞ Dövlət Departamentinin ən nüfuzlu beynəlxalq mükafatlarından biridir. Coca-Cola, Azərbaycanda 2014-cü ildən bəri 5000-dən çox qadın sahibkar tərəfindən faydalanan layihələrə görə “qadınların iqtisadi gücləndirilməsi” kateqoriyasında ACE Mükafatını qazanmışdır.