ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) anlaşma memorand
Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta sahibkarlıq (KOS) üçün biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalayıblar. Tədbirdə Səfir Litzenberger və USAID/Azerbaijan üzrə missiyasının direktoru Caydev Sinqx iştirak ediblər.
KOS-lar sağlam ölkə iqtisadiyyatı üçün çox önəmlidir. Lakin həm orta, həm kiçik sahibkarlar COVID-19 pandemiyası dövründə böyük çətinliklərlə qarşılaşdılar. Yeni memorandum sayəsində agentliklər birgə əməkdaşlıq çərçivəsində ölkədəki yeni KOS-ların qarşılaşdıqları çətinlikləri müəyyənləşdirəcək, onların inkişafına və genişlənməsinə təkan verən uyğun iqtisadi-siyasət islahatları tövsiyə edəcək. Ümid edirik ki, qarşılıqlı əməkdaşlıq sayəsində ABŞ və Azərbaycan arasındakı biznes əlaqələri inkişaf edəcək.
“Ümid edirik ki, bu anlaşma memorandumu birgə inkişafa şərait yaradan biznes tərəfdaşlıqlarının qurulması ilə nəticələnəcək”, – deyə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.