ABŞ Caz Festivalı çərçivəsində Amerika qrupunun səfərinə və yerli musiqiçilərlə məşğələsinə dəstək verib

Bakıdakı Amerika Səfirliyi Bakı Caz Festivalında iştirak etmək üçün Amerikanın Kennedy Administration caz qrupunun 27-29 oktyabr tarixlərində Bakıya səfərinə dəstək vermişdir. Qrupun Azərbaycana səfəri müddətində ABŞ Səfirliyi Kennedy Administration caz qrupunun tələbələr və yerli musiqiçilərlə məşğələ və musiqi sintezi görüşməsini təşkil etmişdir.

ABŞ səfiri Robert Sekuta görüşdə iştirak etmiş və iştirakçılarla ünsiyyətdə olmuşdur. O qeyd etmişdir ki, caz musiqisinin doğum yeri ABŞ olsa da, janr inkişaf edərək qlobal musiqi janrına çevrilmişdir və dünyanın müxtəlif yerindən olan musiqiçiləri bir araya gətirir. Caz ifası və onun ətrafında olan müzakirələr multikulturalizm, inteqrasiya və özünüifadə mövzusunda dialoqu təşviq edir.

Kennedy Administration Bakı Caz Festivalı çərçivəsində 28 oktyabr tarixində axşam saat 8-də konsertlə çıxış edəcək.