ABŞ-da təhsil almaq arzusundasınız, lakin hardan başlayacağınızı bilmirsiniz?

Təbii ki, hər hansı proqram və universitetə müraciət etməmişdən qabaq, ştat, şəhər, universitet və təklif olunan kurs haqqında ətraflı məlumat toplamaq çox önəmlidir.

Bu gün biz EducationUSA Azerbaijan tərəfindən təşkil olunmuş “ABŞ universitetlərini necə araşdırmaq olar?” adlı təqdimatı canlı yayımlayacağıq.

Siz təqdimata şəxsən özünüz də qatıla bilərsiniz. Təqdimat Baku American Center keçiriləcək. Əgər tədbirə gələ bilmirsinizsə, o zaman olduğunuz yerdən Facebook səhifəmizə daxil olaraq bizə qoşula bilərsiniz.

Bu fürsəti qaçərmayın, bu gün saat 18:00-da bizə qoşulun