ABŞ Dövlət Departamentinin Əfqan Muxtarlının Həbsinə dair Bəyanat

Birləşmiş Ştatlar yanvarın 12-də jurnalist Əfqan Muxtarlının altı il azadlıqdan məhrum edilməsindən narahatlıq keçirdiyini bəyan edir. Cənab Muxtarlı xəbər verildiyi kimi mayın 30-da Gürcüstanda oğurlanıb və sonradan Azərbaycanda siyasi motivli hesab edilən qaçaqmalçılıq və bununla bağlı digər ittihamlarla həbs edilb.
Biz Azərbaycan hökumətini cənab Muxtarlı və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş digər şəxsləri azad etməyə çağırırıq.
Biz məlumat verildiyi kimi qaçırılma işi ilə bağlı Gürcüstanın təhqiqatını diqqətlə izləyirik və işin tam, şəffaf və vaxtında aparılmalı olduğu çağırışını bir daha təkrar edirik.