ABŞ Dövlət Departamentinin bəyanatı: Rusiyada Mətbuat Azadlığının Pisləşməsi

Rusiya hökuməti mətbuat azadlığı və müstəqil medianı boğmağa davam edir. Rusiyanın “xarici agent” mətbuat orqanları ilə bağlı qanununa əsasən Azadlıq Radiosunun (RFE / RL) və Amerikanın Səsinin ​​(VOA) seçilərək hədəflənməsini qınayırıq. RFE / RL və VOA bu qanunla müəyyənləşdirilmiş yeganə KİV-lərdir ki, bu da onların Rusiyada yayılmasına qoyulan uzunmüddətli məhdudiyyətləri daha da gücləndirir. Bundan başqa, iyulun 3-də Dövlət Duması “xarici agent” təyinatını mətbuat orqanlarından bu kütləvi informasiya vasitələri üçün materialların yaradılmasında iştirak edən fərdi şəxslərə də tətbiq etmək üçün qanunvericiliyin təsdiq edilməsi istiqamətində növbəti addım atdı. Bu qanun Rusiya hökumətinə müstəqil jurnalistləri və bloggerləri işlərinə görə hədəfə almaq üçün yeni bir vasitə ilə təmin edə bilər.

Birləşmiş Ştatlar yenidən Rusiya hökumətini Helsinki Yekun Aktı və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt üzrə öhdəliklərini yerinə yetirərək Rusiya Federasiyasında ifadə azadlığı da daxil olmaqla əsas azadlıqlardan istifadə olunmasına hörmət etməyə çağırır.