ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağda son zorakılıq və insan itkilərinə dair bəyanat

Amerika Birləşmiş Ştatları ötən həftə ərzində təmas xəttində insan itkiləri ilə nəticələnmiş atəşkəsin son vaxtlar pozulmasından dərin narahatlıq keçirir.. Biz tərəfləri gərginliyi artırmaqdan çəkinməyə çağırır və təmas xəttində və Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin azaldılması üçün tədbirlərin dərhal nəzərdən keçirməyə çağırırıq.

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da verdiyi bəyanatda tərəflərisubstantiv, yaxşı niyyətlə və siyasi iradə ilə danışıqlar aparmağa çağırıblar. Həmsədrlər bu cür danışıqların münaqişənin həllində irəliləyiş gözləyən və buna layiq olan bölgə əhalisinə davamlı sülh gətirmək üçün yeganə yol olduğunu vurğulayıblar.

Birləşmiş Ştatlar tərəflərlə sıx əməkdaşlıq etməyə davam edir. Bizim, Minsk qrupunun həmsədrlərinin bölüşdüyü uzunmüddətli siyasətimiz  budur ki, ədalətli həll Helsinki Yekun Aktının, xüsusən, güc (zor) tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinin da daxil olduğu beynəlxalq hüquqa əsaslanmalıdır.