ABŞ Dövlət Departamentinin London Məscidinin Ətrafında Baş Vermiş Hücumuna dair bəyanat

Amerika Birləşmiş Ştatları dünən gecə Londonda müsəlman ibadətçilərini hədəf alan hücumu kəskin şəkildə pisləyir. Həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və hadisə nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Bu hücuma qarşı ilk müdaxilə edən şəxslərin işini və səlahiyyətli orqanlar hadisə yerinə çatana qədər hücum edən şəxsi saxlayan hadisə şahidlərinin göstərdikləri cəsarəti yüksək qiymətləndiririk. Amerika Birləşmiş Ştatları belə bir çətin vaxtda Birləşmiş Krallığa istənilən zəruri yardımı göstərməyə hazırdır.

Amerika Birləşmiş Ştatları terror əleyhinə mübarizədə Birləşmiş Krallıq ilə həmrəydir və terror fəlakətlərinin aradan qaldırılması üçün bütün səyləri qətiyyətlə dəstəkləyir.