ABŞ Dövlət Departamentinin Misirdə terror hücumlarına dair bəyanat

Amerika Birləşmiş Ştatları müqəddəs Palm günündə onlarla günahsız insanların həlak olunmasına və çoxlarının yaralanmasına gətirən Tanta və İsgəndəriyyədəki xristianların ibadət yerlərində baş vermiş vəhşi hücumlarını qətiyyən pisləyir. Biz qurbanların ailələrinə və dostlarına başsağlığı diləyirik və yaralananların tez bir zamanda sağalmasını arzulayırıq. Amerika Birləşmiş Ştatları Misirin təhlükəsizliyi və sabitliyi üçün terrorizmə qarşı mübarizədə səylərini dəstəkləməyə davam edəcək