ABŞ Dövlət Departamentinin Rusiyada dini azadlığa hörmətinə dair bəyanatı

Bu həftə Rusiya Ali Məhkəməsinin Yəhova Şahidlərinə qarşı verdiyi qərar, Rusiyada dini azlıqların təqib olunma sahəsində narahatedici meyllə bağlı ən son hadisədir. Biz Rusiya hakimiyyətini Yəhova Şahidlərinin Rusiyada fəaliyyəti ilə əlaqədar qadağannın aradan qaldirmağa, Yəhova Şahidlərinin İnzibati Mərkəzinin bağlanması barədə qərarı  ləgv etməyə və “ekstremist” adlandırılan fəaliyyətlərə görə ədalətsiz saxlanılan dini azlıqların  istənilən üzvünü azad etməyə çağırırıq. Biz, həmçinin, Rusiyanı düşüncə, vicdan, dini və ya inanc azadlıqlarını həyata keçirmək hüququna hörmət etməyə çağırırıq. Bütün dini azlıqlar Rusiya Federasiyasının konstitusiyası ilə təmin olunduğu kimi müdaxiləsiz din və toplaşma azadlığından istifadə edə bilməlidirlər.