ABŞ Dövlət Departamentinin Rusiyanın “Memorial” QHT-nin yerli Çeçen filialının rəhbəri Oyub Titiyevin həbs edilməsinə dair bəyanat

Rusiyanın “Memorial” QHT-nin yerli Çeçen filialının rəhbəri Oyub Titiyevin həbs edilməsi bizi narahat edir. Bu, Çeçənistanda insan hüquqlarının pozulmasından xəbər verən hesabatların sonuncusudur. Çeçənistan hökümətini Titiyevi dərhal azadlığa buraxmağa və müstəqil vətəndaş cəmiyyətini təcavüz və təhdiddən azad fəaliyyət göstərməsini təmin etməyə çağırırıq. Rusiyanın federal orqanlarını Titiyevin həbsi müddətində onun hüquqlarının Rusiya konstitusiyası və Rusiyanın insan hüquqları üzrə öhdəlikləri ilə qorunmasını təmin etməyə çağırırıq.