ABŞ Dövlət Departamentinin Sözçüsü Hizer Nouretin Azərbaycanda Media Azadlığına Edilən Hücuma Dair Bəyanatı

Avqustun 24-ü Azərbaycanın yeganə müstəqil media qurumu – Turan İnformasiya Agentliyinin tanınmış baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi bizi dərindən narahat edir. Bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də daxil olmaqla Turan-a qarşı edilən məhdudlaşdırıcı addımlar narahatlıq doğurur. Azərbaycan hökümətinin may ayında Azadlıq Radiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir.

Biz Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq.