ABŞ Dövlət Departamentinin Suriyada kimyəvi silahların istifadəsinə dair bəyanat

Birləşmiş Ştatlar İdlib bölgəsində kimyavi silahların istifadəsini sərt şəkildə pisləyir. Son ayda bu kimi silahların istifadəsi baradə üçüncü dəfədir ki iddiya olunur. Hesabatlara əsasən çoxsaylı uşaqda daxil olmaqla onlarla insan həlak olub. Biz dəhşətli vəziyyəti nəzərdən keçirkən, Bəşir Əsədin istifadə etdiyi qəddar və vəhşi üsulları aydın müəyyən edirik. Rusiya və İranda daxil olmaqla, Bəşir Əsədi müdafiə edənlər, ona dəstək verənlər Əsəd barədə heç bir illüziya qurmalı deyillər. Öz xalqına qarşı kimyəvi silahdan istifadə edən hər bir kəs fundamental insanlıq prinsilərinə hörmətsizlik göstərir və buna gərə məsulliyətə cəlb olunmalıdır.

Həmçinin artıq yeddi ildir ki bölgədə cərayən edən dəhşətli münaqişədə atəşkəsin yer alması və münaqişə tərəflərinə dəstək verənlərin razılığa gəlmələrinə ehtiyac duyulur. Biz Rusiya və İranı Suriya hökumətinə təsir göstərərək bu kimi dəhşətli hücumların təkrar olunmamağını təmin etmələrinə çağırırıq. Rusiya və İran özlərini Astanada müzakirə olunan atəşkəsin təminatçıları bəyan etmişlər və baş verən olumlərə görə mənəvi məsuliyyət daşıyır.