Flag

An official website of the United States government

ABŞ Dövlət Katibi Maykl Pompeonun Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici iş
təfərindən
2 Qısa icmal
Oktyabr 24, 2020

 

Dövlət katibi Maykl Pompeo bu gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ayrı-ayrılıqda görüşüb. Dövlət katibi Pompeo şiddətə son qoyulmasının və mülki şəxslərin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin münaqişəni Helsinki Yekun Aktının güc tətbiq edilməməsi və ya təhdid edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll etmək üçün tərəflərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara getməsinin vacibliyini vurğuladı.