ABŞ Dövlət Katibi Maykl Pompeonun Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşləri 

23 oktyabr 2020

Dövlət katibi Maykl Pompeo bu gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ayrı-ayrılıqda görüşüb. Dövlət katibi Pompeo şiddətə son qoyulmasının və mülki şəxslərin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin münaqişəni Helsinki Yekun Aktının güc tətbiq edilməməsi və ya təhdid edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll etmək üçün tərəflərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara getməsinin vacibliyini vurğuladı.