Flag

An official website of the United States government

ABŞ dövlət katibi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
təfərindən
4 Qısa icmal
May 28, 2021

 

ABŞ hökuməti adından Azərbaycan xalqını Respublika Günü və 1918-ci ildə müsəlman dünyasında ilk demokratik hökumətin qurulması münasibətilə təbrik edirəm. 

Birləşmiş Ştatlar Azərbaycanla iqtisadi, enerji, və təhlükəsizlik sahələrində 30 illik tərəfdaşlığı, habelə Azərbaycanda insan haqları və qanun aliliyi sahəsində inkişafa doğru apardığımız dialoqu çox dəyərləndirir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına və fundamental azadlıqlara, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü və daha dərin əlaqələr qurmaq üçün vacibdir. 

Amerika Birləşmiş Ştatları minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında şəxsi mübadilə və səfirliklərimizin ictimaiyyətlə əlaqələri yolu ilə qurduğu əlaqələri də yüksək qiymətləndirir. 

Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri qismində Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli və hərbi əməliyyatların humanitar nəticələrinin aradan qaldırılması, o cümlədən itkin düşmüş şəxslər nəzərə alınmaqla, bütün saxlanılan şəxslərin azad edilməsi, habelə cəsədlərin tam və operativ şəkildə dəyişdirilməsi üzrə danışıqlarda tərəflərə köməklik göstərməyə əvvəlki kimi hazırdır