ABŞ Dövlət Katibinin köməkçisinin birinci müavini Peter Haas və Maliyyə Naziri Şərifov Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclasında

ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifovla birgə, Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclasında iştirak edib. 2012-ci ildən etibarən ilk dəfədir ki tərəflər bu istiqamətdə danışıqlar aparır. İclasda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əqli mülkiyyət və hüququn aliliyi müzakirə olunub.