ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycanda səfərdədir
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olson regional barışığı təşviq etmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Katib müavininin köməkçisi xanım Olson Bakıda olarkən Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin səfir Litzenberger və səfirliyin əməkdaşları ilə görüşəcək. Ermənistan, Gürcüstan və Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə yaxınlaşdıqca tərəfdaşlığımızı gücləndirməyə və region xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təşviqinə sadiqliyimizi vurğulayırıq.