Flag

An official website of the United States government

ABŞ Dövlət katibinin köməkçisinin müavini Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək
təfərindən
3 Qısa icmal
Noyabr 2, 2021

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. İrəvanda olarkən Katib müavininin köməkçisi xanım Olson 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, həmçinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Andryu Schofer və USAID Administrator müavininin köməkçisi Aleksandr Sokolovski ilə birlikdə Missiya Rəhbərlərinin regional toplantısında iştirak edəcək.

Biz bu çoxdankı ənənəni bərpa etməkdən və regiondakı hər üç ölkə ilə bağlı siyasətimizi daha yaxşı əlaqələndirmək məqsədi ilə fikir və məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarlarımızla bir araya gəlməkdən məmnunuq.

İştirakçılar Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə daxili müzakirələr, eləcə də məlumat xarakterli görüşlər keçirəcəklər. 2019-cu və 2018-ci illərdə ABŞ-ın Bakıdakı və ABŞ-ın Tbilisidəki səfirlikləri regional missiya rəhbərlərinin görüşlərinə ev sahibliyi ediblər.