ABŞ-ın Krımla bağlı bəyannaməsi

Rusiya 2014-cü ildə Ukraynanın işğalı və Krımın anneksasiya etməsi cəhdi ilə demokratik dövlətlər tərəfindən paylaşılan əsas beynəlxalq prinsipi: heç bir ölkə  digərinin sərhədlərini zorla dəyişdirə bilməz – pozmağa çalışırdı. Dünya ölkələri, o cümlədən Rusiyanın, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bu prinsipə razılıq verərək, hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya güc tətbiqindən çəkinməyə söz verib. Helsinki Yekun Aktında təsdiq edilmiş əsas prinsip – bizim birgə təhlükəsizlik və təhlükəsizliyimizin əsaslandığı təməllərdən biridir.

1940-cı ildə Velles Bəyannaməsində qeyd etdiyimiz kimi, ABŞ Kremlin beynəlxalq hüquqa zidd olaraq zorla ələ keçirilmiş ərazilər üzərində suverenlik iddialarını tanımaqdan imtina etməsini bir siyasət olaraq təsdiq edir. ABŞ, müttəfiqlər, tərəfdaşlar və beynəlxalq ictimaiyyət ilə birgə Rusiyanın Krımın anneksasiyası cəhdini rədd edir və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər bu siyasətin saxlanılmasına söz verir.

Birləşmiş Ştatlar Rusiyanı uzun müddət riayət etdiyini iddia etdiyi prinsiplərə hörmət etməyə və Krımın işğalını sona çatdırmağa çağırır. Demokratik dövlətlər azad, ədalətli və çiçəklənən bir dünya qurmağa çalışan zaman, biz suveren bərabərlik prinsipinə sadiq qalmalı və digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Rusiya öz hərəkətləri ilə böyük millətə layiq olmayan bir şəkildə hərəkət etdi və özünü beynəlxalq ictimaiyyətdən təcrid etməyi seçdi.