ABŞ Mobil Aşkarlama Avadanlığını Azərbaycan Dövlət Gömrük Komitəsinə Yardım Edir

Mobil aşkarlama avadanlığının iyanə verilməsinə həsr olunan tədbirdə ABŞ Səfiri Li Litzenberqer Azərbaycan Dövlət Gömrük Komitəsinin Sədri Səfər Mehdiyev və digər gömrük rəsmiləri iştirak etmişdilər. Sözügedən yardım ABŞ-ın Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı vasitəsilə  təqdim olunan bir necə yardımlardan biridir.  1999-cu ildən bəri EXBS proqramı çərçivəsində təqdim olunan yardımların məbləği 25 milyon ABŞ dollarından çox olmuşdur. Bu il təqdim olunan avadanlığın ümumi məbləği isə 250 min ABŞ dollarından çox olacaq. Bu yardım Azərbaycanın sərhədlərin mühafizəsinin təminatına və qanunsuz daşınmaların qarşısının alınmasına kömək edəcək.

Səfir Litzenberqer tədbirdə çıxışı zamanı ABŞ-ın Azərbaycanla birgə kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün etdikləri uzun müddətli əməkdaşlıqdan söz açıb. Səfir Litzenberqer qeyd edib ki: “Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaqdır , Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.”

Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skaynerləri və radarlar kimi avadanlığın istifadəsi nəticəsində Azərbaycan özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirmişdir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev göstərilən yardıma görə təşəkkürünü bildirərək Azərbaycan və ABŞ arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki ölkənin gömrük orqanlarının da səmərəli və işgüzar münasibətlər hesabına bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycan gömrüyünün qısa zaman kəsiyində sürətlə inkişaf etdiyini vurğulayan komitə sədri son illərdə həyata keçirilən islahatlar hesabına ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrmüük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.

Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirən Səfər Mehdiyev əməkdaşların potensialının gücləndirilməsi, gömrük sahəsində tətbiq edilən yeni texnologiyaların əldə edilməsi, bilik və bacarıqların mənimsənilməsi, müasir təcrübə və yanaşmaların öyrənilməsi istiqamətində ABŞ tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildiribifadə edib.  Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iki ölkənin gömrük qurumları arasındakı qarşılıqlı əlaqələrin ümumi işə mühüm töhfə verdiyini vurğulayan komitə sədri əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

ABŞ-ın Dövlət Departamentinin EXBS proqramı, kütləvi qırğın silahlarının yayılması və adı silahların qanunsuz daşınmasının qarşısını almaq məqsədi ilə dünyada icra olunan təşəbbüsdür. EXBS proqramı, tərəfdaş ölkələrə beynəlxalq qrumlar və BMT-in Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi çərçivəsində üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yardım edir. EXBS proqramı Azərbaycanla yanaşı digər 60 dövlətdə də icra olunur. Bu proqram sərhədlərin gücləndirilməsi ,qanunsuz daşınmaların qarşısının alınmasında vacib element hesab olunur.

1999-cu ildən bəri icra olunan EXBS proqramı çərçivəsində Azərbaycanda çoxsaylı təlimlər keçirilmiş, vacib avadanlıq və texniki yardımlar təqdim olunmuşdur. Mobil aşkarlama avadanlığının iyanəsi təqdim olunan bir necə yardımlardan biridir. Bu yardım Azərbaycanın cənub sərhədində tətbiq etdiyi gömrük fəaliyyətlərini gücləndirərək gömrük rəsmilərinə qanunsuz daşınmaların qarşısının alınmasında yardım edəcək.