ABŞ Müdafiə Nazirliyi tərəfindən dəstəklənən dörd aylıq ingilis dili kursu

Cümə günü Səfir Litzenberger Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün ABŞ Müdafiə Nazirliyi tərəfindən dəstəklənən dörd aylıq ingilis dili kursunun başa çatmasını məzunlarla birgə qeyd etdi. Bu, ABŞ Müdafiə Dili İnstitutunun (DLI) Müdafiə Nazirliyinin zabitləri üçün Səyyar Təlim Qrupları vasitəsi ilə 14-cü ingilis dili təlimidir. DLI ilə Azərbaycan Silahlı Qüvvələri Döyüş Kolleci əməkdaşlığı çərçivəsində isə dördüncü təlimdir. Tələbələrin təkmilləşmiş dil bilikləri Azərbaycan və Amerika silahlı qüvvələri arasında əməkdaşlığın asanlaşdırılmasında və NATO ilə daha effektiv tərəfdaşlıq etməkdə mühüm rol oynayacaqdır. Məzunları təbrik edirik!