ABŞ Səfiri Li Litzenberger Caspian Agro sərgisini ziyarət edib

ABŞ Səfiri Li Litzenberger Amerikanın doqquz şirkətinin qatıldığı və məhsul və xidmətlərini nümayiş etdirdikləri Caspian Agro sərgisini ziyarət edib. Brandt, Soil Biotics, Trece, Grow More, DTN, Nelson & Pade, Inc., Valent BioSciences, Harvest Right, LLC və WCC International öz məhsul və xidmətlərini təklif edirlər. Azərbaycan və Amerika şirkətləri arasında biznes əlaqələrin genişləndirilməsi Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna dəstək ola biləcək faydalı texnologiyanı və avadanlığı təmin edə bilər.