ABŞ Səfiri Salyan Amerika Güşəsinə Səfər Edib

Səfir Robert F. Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə səfər edib. C-b. səfir orada ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən regional Amerika Güşələri də daxildir. Bu Mərkəz və Güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma üzvü üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri də təqdim edir.

Cənab səfir və onun həyat yoldaşı Salyan rayonunun İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmovla görüşüb və onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafı məsələlərini müzakirə ediblər. Qonaqlar, həmçinin, tarixi Cümə məscidinə səfər etdilər.

Salyan Amerika Güşəsi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, https://www.facebook.com/americancenterbaku/Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ səfirliyinin məlumat mərkəzinin (012) 488 33 00, daxili 3617 nömrələrinə zəng edəsiniz.