ABŞ Səfiri Xaçmaz Amerika Güşəsini Açır

Səfir Sekuta Xaçmaz Mərkəzi Kıtabxanasında yerləşən Amerika güşəsini açdı. Cənab Səfir çıxışında  Güşənin yerli icma üçün vacibliyini qeyd etmişdir. Açılış mərasimində Xaçmaz rayonu İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak etmişdilər. Səfir kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə etmişdir. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün açıq elan olundu. Cənab Səfir və onun həyat yoldaşı xanım Sekuta yerli şagirdlərlə görüşüb onların gələcək planları və Güşənin proqramları barədə söhbət etdilər.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.  Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Xaçmaz Amerika Mərkəzi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, https://www.facebook.com/KhachmazAC/ Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617  nömrələrinə zəng edəsiniz.