ABŞ Səfirliyi Səlyanda Amerika Mərkəzi açır

Dövlət Departamentinin Qafqazla Əlaqələr və Regional Münaqişələr Şöbəsinin rəhbəri xanım Alisia Allison və ABŞ Səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri xanım Karolayn Səvic Səlyan Mərkəzi Kitabxanasında yerləşən Səlyan Amerika Güşəsini açdı və yerli icma üçün Amerika Güşəsinin bir resurs kimi əhəmiyyətindən danışdı. Səlyan İcra hakimiyyətinin və Mədəniyyət nazirliyinin nümayəndələri də açılışda iştirak etdilər. ABŞ Səfirliyinin nümayəndələri kitabxananın dil təlimi və təhsil proqramlaşdırılması üçün nəzərdə tutulmuş güşəsinə yeni materiallar təqdim etdi. Xanım Səvic həmçinin Güşədə təqdim olunan proqramları və yerli məktəblilərin gələcək planlarını müzakirə etmək üçün onlarla görüşdü.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.  Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Səlyan Amerika Mərkəzi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, https://www.facebook.com/SalyanAC/ Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617  nömrələrinə zəng edəsiniz.