ABŞ səfirliyinin iyulun 4-də baş vermiş faciəli hadisələr ilə bağlı bəyanatı

Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, həmçinin Sərvinaz Quliyevanın yaralanması, onillərlə davam edən münaqişənin törətdiyı insanların ölümü və əzab-əziyyəti kimi çox faciyəvidir. 4 iyulda baş verən dəhşətli hadisələr, tərəflərin bir araya gələrək münaqişənin sülh yolu və danışıqlar vasitəsi ilə həll etməli olduğunu nümayiş edir. Münaqişənin hərbi yolla həlli yoxdur – irəliyə aparan yeganə yol danışıqlar vasitəsilə həllə nail olmaqdır.