ABŞ Ticarət Missiyası Azərbaycana 14 ABŞ Şirkətindən 27 İştirakçını Gətirir

16-18 oktyabr tarixlərində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti Azərbaycana gələn 14 ABŞ şirkətindən ibarət olan Ticarət Missiyasına rəhbərlik edəcək. Missiya 27 şirkətdən ibarət indiyə qədər Azərbaycana gəlmiş ən böyük ABŞ Ticarət missiyasıdır. Şirkətlər ticari sektorların geniş və müxtəlif sahələrini təmsil edir və burada olduqları zaman iki ölkənin iş adamları və iş adamları ilə-hökumət nümayəndələri arasında keçirilən görüşlərdə iştirak edəcək.  Şirkətlər İqtisadiyyat Nazirliyi və AzPromo ilə də dəyirmi masa keçirəcək. Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyanın Müşaviri Vilyam Çaykovski və Xarici Özəl  İnvestisiya Korporasiyasının İcraçı Direktoru Kenes Engıl də müşayiət edəcək. Onlar ABŞ Səfiri Robert F. Sekuta ilə birlikdə, hökumət nazirlikləri ilə görüşüb Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞ investisiyalarını cəlb etmək üçün Azərbaycana necə kömək etmələrini müzakirə edəcək.