Səfirlərin Mədəni İrsin Qorunması Fondunun 2019-cu il üçün Qrant Proqramı

ABŞ-ın Azərbaycandakı səfirliyi böyük məmnuniyyətlə

ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun (AFCP) 2019-cu il üçün BöyükKiçik Qrant Proqramı

üzrə layihə təkliflərinin qəbulunu açıq elan edir.

Səfirlərin Mədəni İrsin Qorunması Fondu dünyanın 100-dən çox inkişaf etməkdə olan ölkəsində tarixi əhəmiyyət kəsb edən mədəniyyət sahələrinin, maddi mədəniyyət nümunələrinin və insanların ənənəvi mədəni özünüifadə formalarının qorunmasını təmin edə biləcək layihələri dəstəkləyir.

AFCP Proqramı aşağıdakı kateqoriyalar üzrə layihə təkliflərini qəbul edir:

  • Tarixi əhəmiyyət kəsb edən mədəniyyət sahələri
  • Maddi-mədəniyyət nümunələri və kolleksiyalar
  • Ənənəvi mədəni özünüifadə formalarını

Maliyyə dəstəyinin miqdarı Kiçik Qrant Proqramları üçün $10,000-$ 200,000Böyük Qrant Proqramları üçün isə 200,000-800,000 ABŞ dolları arasında ölçülür.

AFCP Qrant proqramları haqqında daha ətraflı məlumat və lazımi ərizə formalarını əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

  1. AFCP Kiçik Qrant Proqramı
  2. AFCP Böyük Qrant Proqramı
  3. Büdcə Forması

Seçim meyarlarına uyğun gələn bütün ərizələr
4 dekabr 2018-ci il saat 13.00-a qədər
ABŞ səfirliyinin mədəniyyət bölməsinin BakuCulture@state.gov
email ünvanına göndərilməlidir.