Flag

An official website of the United States government

Səfir Mark Libby
təfərindən
3 Qısa icmal
Yanvar 18, 2024

Mark Libby-nin Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi  25 may 2022-ci ildə irəli sürülüb; onun namizədliyi 8 noyabr 2023-cü ildə təsdiqlənib. O, 2021-ci ildən 2023-cü ilədək Milli Hərbi Kollecdə dosent və Dövlət Departamentinin akademik məsləhətçisi işləyib.

Səfir Libby bundan öncə 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili işləyib. O, diplomatik xidmətin karyeralı diplomatı kimi bundan öncə Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir işləyib.

Səfir Libby Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzində növbətçi əməkdaş, böhranın idarə olunması üzrə əlaqələndirici və direktor müavini; Mərkəzi Avropa Məsələləri idarəsində direktor müavini; Cənubi Avropa Məsələləri idarəsində (Türkiyə, Yunanıstan, Kipr) direktor; Xarici Xidmət İnstitutunda yönləndirmə direktoru işləyib. O, həmçinin dövlət katibi Pauelin rəhbərliyi altında Dövlət Departamentinin Katibliyinin sıravi əməkdaşı sonra isə dövlət katibi Klintonun rəhbərliyi altında həmin idarənin direktoru işləyib.

Səfir Libby Massaçusettsdəki Tafts Universitetində və Parisdəki Siyasi Tədqiqatlar İnstitutunda (“Sciences-Po”) humanitar elmlər üzrə bakalavr dərəcəsi, Milli Hərbi Kollecdə isə magistr dərəcəsi alıb.

O, polyak və fransız dillərində üstün, Azərbaycan və türk dillərində isə müəyyən dil bacarığına malikdir. Səfir Libby əslən Nyu-İnqləndəndir, o, evlidir və bir oğlu var.

Yanvarın 18-də səfir Mark Libby etimadnaməsini Prezident İlham Əliyevə rəsmi təqdim edib.