ABŞ Səfiri ABŞ Müdafiə Departamenti tərəfindən Azərbaycan Dövlət Gömrük Komitəsinə verilən avadanlığı nəzərədən keçirib 

ABŞ Səfiri Li Litzenberqer, Azərbaycan Dövlət Gömrük Komitəsinin Sədrinin müavini Cavad Qasimov və digər gömrük rəsmiləri Astara sərhəd keçid məntəqəsinə səfər edərək ABŞ-nin Müdafiə Departamenti tərəfindən Azərbaycan Dövlət Gömrük Komitəsinə verilən avadanlığı nəzərdən keçirmişdirlər. Sözügedən avadanlıq ABŞ-nin Müdafiə Departamentini tərəfindən 2019-cu ildə təqdim olunan təhlükəsizlik yardımının bir hissəsidir. Müdafiə Departamenti qanunsuz daşınmaların qarşısını almaq və quru və dəniz sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycana 90 milyon dollardan çox vəsait ayırmışdır. ABŞ Səfirinin Astara sərhəd keçid məntəqəsində nəzərdən keçirdiyi və dəyəri 30 milyon dollardan çox olan avadanlıq Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təminatına və qanunsuz malların daşınmasının qarşısının alınmasına təkan verəcək.

Səfir Litzenberqer səfər zamanı ABŞ-nin Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə iyirmi illik münasibətlərini qeyd edərək, kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün etdikləri fəaliyyətlər barədə danışıb. Səfir Litzenberqer qeyd edib: “Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaq, Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.”

Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skaynerləri və radarlar kimi avadanlıqların istifadəsi nəticəsində Azərbaycan özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirmişdir.

DGK sədrinin müavini Cavad Qasımov Azərbaycanda narkotik vasitələrin əksəriyyətinin ələ keçirildiyi Astara sərhəd-keçid məntəqəsində çıxış edərək ABŞ-ın verdiyi avadanlıqların, narkotik vasitələrin, silah-sursatın və digər qaçaqmalçılığın qarşısının alınmasında oynadığı rolu qeyd edib. Səfir Litzenberqerə Amerikanın köməyinə görə minnətdarlığını bildirərək o dedi: “Dünyada ABŞ kimi ikinci tərəfdaş yoxdur; siz bu sahədə aparıcısınız”.

ABŞ-nin Müdafiə Departamenti malların qanunsuz daşınması, insan alveri, narkotiklərin daşınması və silahların yayılması sahələrində işlədiyi tərəfdaşların bacarıqlarının inkişafına dəstək verir. ABŞ-nin Qanunsuz Daşınmalara Qarşı Birgə Mərkəzi və Narkotiklərə Qarşı Mübarizəyə dair Administrasiyası ABŞ-nin Səfirliyi ilə birgə çalışaraq Azərbaycana müvafiq sahələrdə apardığı əməliyyatlara dəstək göstərərək öz sərhədlərini və əhalisini transmilli təhlükələrdən, mütəşəkkil cinayət və zorakılıqdan qorumağa yardım edir.

ABŞ-nin Müdafiə Departamentini 2002-ci ildən bəri Azərbaycanın Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində işləyən qurumları ilə fəal şəkildə tərəfdaşlıq edir. 2019-cu ildə təqdim olunan yardımın bir hissəsi olan avadanlıq Azərbaycanın cənub sərhədlərinin mühafizəsinin gücləndirilməsinə, habelə Dövlət Gömrük Komitəsinə Azərbaycana və ya Azərbaycanın ərazisi vasitəsilə daşınılan qanunsuz narkotiklərin və digər malların qarşısının alınmasına yardım edəcək.