Amerika Birləşmiş Ştatları İsveçin Stokholm şəhərində baş vermiş terror hücumunu pisləyir

Amerika Birləşmiş Ştatları İsveçin Stokholm şəhərinin mərkəzində bu gün baş vermiş terror hücumunu kəskin pisləyir. Biz həlak olanların yaxınlarına dərin başsağlığımızı bildiririk və xəsarət alanların tez bir zamanda sağalmasına umid edirik. Bu hücumlar qorxu yaratmaq üçün nəzərdə tutulur lakin, əslində isə onlar dünyada yalnız terrorizmə qarşı mübarizədə bizim ortaq səylərimizi gücləndirir. Amerika Birləşmiş Ştatları və İsveç bu mübarizədə sadiq tərəfdaşdırlar və biz İsveçə bu qəddar və mənasız hücumun araşdırılmasına lazım ola bilən istənilən yardımı etməyə hazırıq.