Flag

An official website of the United States government

təfərindən
2 Qısa icmal
May 5, 2023

Ermənistan-Azərbaycan sülh danışıqları

Bu həftə mən Corc P.Şults Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli sülh danışıqları üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etdim. İkitərəfli və üçtərəfli intensiv və konstruktiv müzakirələrdən sonra tərəflər çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər. Hər iki tərəf münasibətlərin normallaşmasına və iki ölkə arasında uzun müddətdir davam edən münaqişəyə son qoyulmasına dair səmimi sadiqlik nümayiş etdirdilər.

Həm Ermənistan, həm də Azərbaycan prinsipcə müəyyən şərtlərlə razılaşıblar və həll olunmamış məsələlərdə bir-birlərinin mövqelərini daha yaxşı başa düşürlər. Mən nazirlərə təklif etdim ki, daha çox xoşməramlılıq, çeviklik və kompromis nümayiş olunduğu halda sülh razılığının mümkün olması perspektivi barədə hökumətlərinə məlumat versinlən. Onlar uzunmüddətli və davamlı sülhün təmin olunması üçün Birləşmiş Ştatların tam dəstəyinə və iştirakına arxalana bilər.