Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Dekabr 5, 2023

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi O'Breyn Azərbaycan və Rumıniyaya səfər edəcək.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K. O’Breyn dekabrın 6-8-də Bakı, və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.  Dövlət katibinin köməkçisi Bakıda olarkən Azərbaycan rəsmilərilə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsinə dair görüşlər keçirəcək. Rumıniyada dövlət katibinin köməkçisi O’Breyn Rumıniya, Ukrayna, Moldova və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri ilə birlikdə taxıl ixracı üzrə sammitdə iştirak edəcək və Xarici İşlər Nazirliyi ilə güclü ikitərəfli əlaqələrimizə dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.