Flag

An official website of the United States government

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin birgə bəyanatı
təfərindən
5 Qısa icmal
Dekabr 8, 2021

 

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən ABŞ Dövlət katibi Antoni Blinken, Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa və Xarici işlər naziri Jan-İv Lö Drian Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpasına dəstəyini ifadə edirlər. Həmsədr ölkələr tərəfləri regionda davamlı və uzunmüddətli sülhü təşviq etməq məqsədiləErmənistan və Azərbaycanın Xarici işlər nazirləri arasında sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərdə başlanmış dialoqu davam etdirməyə, eləcə də,rəhbərlik səviyyəsində təmasları davam etdirməyə çağırırlar.

Həmsədr ölkələr Ermənistan və Azərbaycanı qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidentitərəfindən 9 noyabr 2020-ci il bəyanatında üzərlərinə götürdükləri və 26 noyabr 2021-ci il bəyanatında bir daha təsdiqlədikləri öhdəliklərini və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarını tam şəkildə yerinə yetirməyə çağırırlar. Həmsədr ölkələr Ermənistan və Azərbaycanı həmsədrlərin himayəsi altında humanitar məsələlərdə – məhbuslar, minalardan təmizləmə, itkin düşmüş şəxslər, köçkünlərin könüllü qayıdışı,tarixi abidələrin qorunması və s. – konkret irəliləyiş əldə etmək üçün əməkdaşlığı davam etdirməyə və sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi digər həll edilməmiş məsələlərin həlli üçün konstruktiv işləməyə çağırırlar. Həmsədr ölkələr demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində son insidentləri narahatlıqla qeyd edir və sərhəd mübahisələrinin həlli üçün güc tətbiqinin və ya güc tətbiqi hədəsinin qəbuledilməz olduğunu bir daha təsdiqləyirlər. Həmçinin, həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərinə əməl etmək öhdəliklərini xatırladır və tərəfləri beynəlxalq humanitar təşkilatların münaqişədən zərər çəkmiş ərazilərə və əhaliyə çıxışına olan bütün məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır.

Həmsədr ölkələr onların yerlərdə vəziyyəti birinci əldən qiymətləndirməsinə imkan yaratmaq, yuxarıda qeyd olunan görüşlərdə müzakirə olunan humanitar təşəbbüslərin həyata keçirilməsində nəzərəçarpacaq irəliləyiş əldə etmək, və gələcək işlər üçün gündəliyə dair razılığa gəlmək məqsədi ilə tərəfləri həmsədrləri regionda ən qısa zamanda qəbul etməyə çağırırlar. Onlar, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regionda işini davam etdirməsinə güclü dəstəyini bir daha bəyan edir və tərəfləri onunla tam əməkdaşlığa təşviq edirlər.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcək təşviq etmək məqsədilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin hərtərəfli həllini tapmaq üçün tərəflərlə öz mandatına uyğun olaraq işləmək öhdəliklərini bir daha təsdiqləyirlər.