ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıqlaması

 

MOSKVA / PARİS / VAŞİNQTON, 2 oktyabr 2020 – ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Andrew Schofer) bu gün aşağıdakı açıqlamanı yaydılar :

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zonasında, eləcə də Ermənistan və Azərbaycan ərazilərindəki təmas xəttindən kənarda yerləşən hədəflərə qarşı davam edən şiddəti kəskin şəkildə qınayır və mülki itkilərin artması barədə xəbərlər ilə bağlı narahatçılığımızı ifadə edirik. Mülki insanları hədəfə almaq və ya hədələmək heç bir halda heç vaxt məqbul sayıla bilməz. Həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırırlar.

Həmsədrlər, xarici tərəflərin artan şiddətdə iştirakının bölgədə davamlı sülh əldə etmək səylərinə xələl gətirdiyini də vurğulayırlar.

Həmsədrlər üç həmsədr ölkə prezidentlərinin 1 oktyabr bəyanatını xatırladaraq, bir daha hərbi əməliyyatların dərhal dayandırılmasına və əsaslı danışıqların qeyri-şərtsiz başladılmasına çağırırlar.

Həmsədrlər həmçinin təcili olaraq ATƏT və BQXK ilə koordinasiyada həlak olmuş hərbi qulluqçuların qalıqlarının ölkələrinə qaytarılmasına imkan yaratmaq üçün təcili humanitar atəşkəs çağırışı edirlər.