Flag

An official website of the United States government

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı
təfərindən
4 Qısa icmal
Noyabr 12, 2021

 

TƏT-in Minsk Qrupunun həmsədrləri – Endrü Şofer (ABŞ), İqor Xovayev (Rusiya Federasiyası) və ​ Bris Rokfeyl (Fransa) bu gün aşağıdakı bəyanatı yayıblar:​

Həmsədrlər noyabrın 10-da Parisdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüblər. Həmsədrlər hər iki xarici işlər nazirini Fransanın xarici işlər naziri Jan-İv Lö Drianın açdığı birgə iclasda qəbul ediblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.​

Həmsədrlər və xarici işlər nazirləri bir sıra mümkün deeskalasiya tədbirləri və prosesdə növbəti addımlar, o cümlədən bu formatda gələcək görüşlər və həmsədrlərin regiona təklif olunan səfəri ilə bağlı Nyu-Yorkda başlayan müzakirələri davam etdiriblər. Həmsədrlər və nazirlər həmçinin noyabrın 9-da üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrasının vəziyyətini ​ müzakirə ediblər.​

​Həmsədrlər humanitar məsələlər, o cümlədən, saxlanılan şəxslər, minalardan təmizlənmə, itkin düşmüş şəxslər, bütün məcburi köçkünlərin könüllü şəkildə qaytarılması, tarixi və mədəni obyektlərin mühafizəsi ilə bağlı irəliləyişin əldə edilməsinin vacibliyini bir daha vurğulayıblar və tərəflərin beynəlxalq humanitar təşkilatların regiona​ məhdudiyyətsiz girişini​ təmin etməyə çağırıblar. Həmsədrlər həmçinin qızışdırıcı ritorika və təxribat xarakterli hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıblar.​

Həmsədrlər noyabrın 10-u​ və 11-i​ Fransa Xarici İşlər Nazirliyinin və Yelisey​ sarayının​ nümayəndələri ilə görüşərək, mandatlarına uyğun olaraq tərəflərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin hərtərəfli həlli yollarının tapılmasına kömək etmək üçün davam edən səyləri müzakirə ediblər.​