Flag

An official website of the United States government

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı
təfərindən
3 Qısa icmal
Oktyabr 12, 2021

 

Həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-ninQaçqınlar üzrə Ali Komissarı Filippo Grandi və BeynəlxalqQırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Carbonnier ilə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT -in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzykdə iştirak edib. Bütün iştirakçılar işlərini həyata keçirmək üçünbeynəlxalq humanitar təşkilatların tam, maneəsiz çıxışınınvacibliyini vurğuladılar. BMT Baş Assambleyası çərçivəsindəErmənistan və Azərbaycan Xarici işlər nazirləri arasında son konstruktiv görüşü nəzərə alaraq, həmsədrlər Azərbaycanın birerməni hərbçisini azad etməsini alqışladılar, məhbuslar, itkindüşmüş şəxslər və bütün köçkünlərin könüllü olaraq geriqaytarılması da daxil olmaqla mümkün deeskalasiya vəhumanitar tədbirləri müzakirə etdilər. Həmsədrlər razılıqsahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etməkniyyətlərini vurğuladılar.

Həmsədrlər Prezident Əliyev və Baş Nazir Paşinyanınhəmsədrlərin himayəsi altında bir-biri ilə görüşməyə hazırolduqlarını bildirdikləri açıq bəyanatlarını müsbətqiymətləndirdilər. Həmsədrlər tərəfləri belə bir görüşünüsullarını və təfərrüatlarını müzakirə etmək üçünəlaqələndirməyi səbirsizliklə gözləyirlər və prosesin növbətiaddımlarını müzakirə etmək üçün yaxın gələcəkdə bölgəyə səfəretmək istəklərini bir daha ifadə edirlər.