Moskva, Paris, Vaşinqton, 26 fevral 2017
ATƏT-in Minsk Qrupunun həmsədrləri Igor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoagland (ABŞ), aşağıdaki bəyanatı yayıblar.
Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumatlar olub. Bəzi cəsədlər neytral zonada qalıb. Tərəflər bir-birini atəşkəsin pozulmasında ittihamlandırırlar.
Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb.
Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də çağırıb.