ATƏT-in Minsk Qrupu Həmsədrlərinin Bəyanatı

Moskva, 16 noyabr 2017-ci il – ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) Moskvada ayri-ayrılıqda noyabrın 14-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 16-sı isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də həmin görüşlərdə iştirak edib.

Həmsədrlər xarici işlər  nazirləri ilə 16 oktyabr Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərqsyan tərəfindən əldə olunmuş razılaşmanın icrası üçün konkret addımları və Cenevrə görüşündə həmsədrlər tərəfindən qaldırılmış digər məsələləri müzakirə ediblər. Görüş zamanı tərəflər arasında masada olan bir sıra təkliflərlə bağlı fikir mübadiləsi də aparılıb.

Nazirlər 2017-ci ilin dekabr ayında Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüş keçirməyə razılıq veriblər. Həmsədrlər bu görüşün gündəliyini hazırlayacaq. Gündəliyə siyasi nizamlanmanın əsas məsələləri, eləcə də təmas xəttində gərginliyin azaldılması üçün konkret addımlar daxil olacaq. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinin genişləndirilməsi məsələsinə xüsusi diqqət ayrılacaq.