ATƏT-in Minsk Qrupunun Həmsədrinin Bölgəyə Səfəri

Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı yeni həmsədri cənab Andrü Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək və yerdə vəziyyət ilə tanışdıq məqsədilə rəsmilər ilə görüşlər keçirəcək. Bölgədə olduğu zaman cənab Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Dağlıq Qarabağ münaqişəsini danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflər ilə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk Qrupundakı həmsədri Cənab Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güç təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqaddaratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır.