ATƏT-ın Minsk Qrupunun Həmsədrlərinin Bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) aşağıdaki bu gün bəyanatı yayıblar:

Müxtəlif etibarlı mənbədən toplanan məlumata görə, mayın 15-də Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə raket buraxaraq erməni tərəfinin hərbi texnikasını məhv ediblər. Mayın 16-da axşam və mayın 17-də erməni silahlı bölmələri müxtəlif kalibrli minaatanlardan cavab atəşi açıb. Bu hərəkətlər hər iki tərəfdən atəşkəs rejiminin pozulmasıdır və narahatlıq üçün əsas yaradır.

Zərbələr, itkilər və zərər barədə ziddiyyətli məlumatlar var. ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha ətraflı və dəqiq informasiya almaq üçün əlavə məlumatlar və təhlilin nəticələrini toplamaqda davam edir.

Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyirlər və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar.