Böyük Britaniyada sinir paralitik təsirli maddə ilə hücuma görə məsuliyyətin aydınlaşdırılması

Amerika Birləşmiş Ştatları bugünki bəyanatdan, o cümlədən bu gün səhər Katib Tillerson və Xarici İşlər Katibi  Conson arasında baş tutmuş danışıqdan qabaq bizim Böyük Britaniyadakı tərəfdaşlarımızla əlaqə saxlayıb.  Biz Böyük Britaniyanın tədqiqatına və keçən həftə Salisberidə baş vermiş sinir paralitik təsirli maddə ilə hücuma görə Rusiyanın məsuliyyət daşıdığına dair fikrinə tam etibar bəsləyirik.

Bu cür hücumun, yəni  suveren millətin torpağında fiziki şəxsə sui-qəsdin bəraəti yoxdur və Rusiyanın belə bir əmələ bir daha əl atması bizi hiddətləndirdi. Ukraynada, Suriyada, indi isə Böyük Britaniyada – Rusiya digər dövlətlərin suverenliyi və onların vətəndaşlarının həyatlarına qarşı açıq etinasızlıqla hərəkət edərək dünyada  qeyri-sabitliyin məsuliyyətsiz qüvvəsi olmaqda davam edir.

Biz razılaşırıq ki, cinayəti törədənlər və cinayəti sifariş verənlər müvafiq ciddi nəticələrlə üzləşməlidirlər. Biz Böyük Britaniyada olan tərəfdaşlarımızla həmrəyik və öz mövqeyimizi six-six koordinasiya etməyə davam edəcəyik.